Azərbaycan ən çox bu ölkələrə məxsul ixrac edib
2019-cu ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən idxal olunub.
regionxeberlericom.az Bakupost-a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, 2019-cu ilin yanvar-may aylarında ölkənin xarici ticarət dövriyyəsi 14 074,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 8240,0 milyon dollar, idxalın dəyəri 5834,2 milyon dollar təşkil edib. Nəticədə 2405,8 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 16,5 faiz, o cümlədən idxal 51,3 faiz, ixrac 0,1 faiz artıb. Real ifadədə isə dövriyyə 6,8 faiz, o cümlədən idxal 20,4 faiz, ixrac 0,4 faiz artıb.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 29,7 faizini İtaliyaya, 11,4 faizini Türkiyəyə, 7 faizini Çinə, 5,6 faizini Hindistana, 5,5 faizini Almaniyaya, 5,2 faizini İsrailə, 5,0 faizini İspaniyaya, 3,9 faizini Çexiyaya, 3,4 faizini Gürcüstana, 3,2 faizini Rusiyaya, 3,0 faizini Fransaya, 2,5 faizini Portuqaliyaya, 14,6 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 14,2 faizi İsveçrə, 14,0 faizi Rusiya, 9,7 faizi Türkiyə, 8,3 faizi Çin, 6,6 faizi ABŞ, 4,8 faizi Almaniya, 4,6 faizi İran, 3,6 faizi Kanada, 3,5 faizi Avstraliya, 3,1 faizi Ukrayna, 2,7 faizi İtaliya, 2,1 faizi Fransa, 2,0 faizi Qazaxıstan, 20,8 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2019-cu ilin yanvar-may aylarında ölkədən 786,6 milyon dollar dəyərində qeyri neft-qaz məhsulları ixrac edilib ki, bu da 2018-ci ilin yanvar-may aylarına nisbətən faktiki qiymətlərlə 17,8 faiz, real ifadədə isə 12,6 faiz çoxdur. Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (33,2 faiz), Türkiyəyə (23,0 faiz), Gürcüstana (9,8 faiz), İsveçrəyə (6,7 faiz), İtaliyaya (3,6 faiz), Ukraynaya (2,2 faiz), Yunanıstana (2,0 faiz), İrana (1,9 faiz), Çinə (1,8 faiz), Niderlanda (1,4 faiz) və Almaniyaya (1,4 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
2019-cu ilin yanvar-may aylarında 2018-ci ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 19,7 faiz, təzə meyvə - 36,8 faiz, kartof - 18,2 faiz, şəkər - 3,9 faiz, tütün - 1,7 dəfə, meyvə və tərəvəz şirələri - 31,4 faiz, meyvə və tərəvəz konservləri - 11,0 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 28,8 faiz, pambıq lifi - 2,9 dəfə, pambıq ipliyi - 1,6 dəfə, qara metallardan yarımfabrikatlar - 5,7 dəfə, bentonit gili - 20,3 faiz artmış, çay ixracı isə 1,3 faiz, bitki yağları - 25,1 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 25,2 faiz, polietilen - 4,9 faiz, emal olunmamış alüminium - 16,3 faiz, qara metallardan borular - 77,4 faiz azalıb.
2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 2019-cu ilin yanvar-may aylarında buğda idxalı 14,6 faiz, təzə meyvə - 4,6 faiz, xam şəkər və şəkər - 6,2 dəfə, kartof - 13,3 faiz, çay - 2,9 faiz, quş əti və onun əlavə məhsulları - 18,0 faiz, mal əti - 0,7 faiz, təzə tərəvəz - 39,3 faiz, minik avtomobilləri - 2,2 dəfə, qara metallardan çubuqlar - 20,7 faiz, hesablama maşınları, blok və qurğuları - 42,0 faiz, mebellər - 8,9 faiz, rezin şinlər - 3,6 faiz, polietilen - 20,0 faiz, məişət kondisionerləri - 1,9 dəfə, yük avtomobilləri - 1,7 dəfə, paltaryuyan maşınlar - 1,1 faiz, qara metallardan künclüklər - 15,9 faiz, avtobuslar - 1,9 dəfə artmış, bitki yağı idxalı isə 23,3 faiz, siqaret - 39,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 11,6 faiz, qara metallardan borular - 6,9 faiz, polad prokatı - 2,7 faiz, mineral gübrələr - 5,6 faiz, sement və sement klinkerləri - 29,5 faiz, məişət soyuducuları - 9,1 faiz azalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:16-07-2019, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-07-2019, 09:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24