BÖHRAN: “Aİ-92” markalı benzin bahalana bilər – 1,4 manata alınır
Bu ilin ilk 4 ayı ərzində xarici ölkələrdən Azərbaycana 70 min 722,7 ton “Aİ-92” markalı benzin idxal olunub.
regionxeberlericom.az yeniavaz.com-a istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 74 milyon 491,21 min dollar olub. 1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 80 sent və ya mövcud məzənnə (1 dollar/1,7 azn) ilə hesablandığı zaman 1,37 manata bərabər olur.
Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 14 dəfə, gömrük dəyəri isə 31 dəfə artıb.
Belə ki, ötən ilin ilk 4 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib. Nəticədə, ötən ilin ilk 4 ayında ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.
Bu ilin ilk 4 ayında idxal olunan “Aİ-92” markalı benzinin 19 min 62,89 tonu (27%-i) Türkmənistandan, 51 min 659,81 tonu (73%-i) isə Rusiyadan gətirilib. Türkmənistandan alınan benzinin 1 litrinin gömrük dəyəri 1,34 manat, Rusiyadan alınan benzinin 1 litrinin gömrük dəyəri isə 1,38 manat olub.
Rəqəmlərdən də göründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,37 azn) alınıb ucuz (1 azn) satılır.
“Aİ-92” markalı benzinin idxalı nə vaxta kimi davam edəcək? İdxal olunan benzinin qiymətinin daxil bazardakı qiymətdən yüksək olması benzinin bahalanmasına səbəb ola bilərmi?
Bu sullara cavab almaq üçün SOCAR-a rəsmi müraciət ünvanlasaq da, sullarımıza cavab ala bilmədik.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-06-2022, 16:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər