Niyə siqaret bahalaşır? – “İnhisarçı istehsalçılar var”
Son günlər Bakıda bəzi mağazalarda siqaret qıtlığı yaşanır. Alıcılar hesab edir ki, bu, siqaretin yaxın günlərdə bahalaşacağından xəbər verir. Onların fikrincə, ölkədə tütün məmulatlarının qıtlığı yoxdur, sadəcə mağazalar malları qiymətlər artandan sonra satmaq istəyirlər. Bununla belə, siqaret satışını həyata keçirən mağazalar da var və onlarda qiymətlərin əvvəlki günlərlə müqayisədə təxminən 10 qəpik artdığı müşahidə olunur. Siqaret qiymətlərinin bahalaşması barədə "Sherg.az"a danışan iqtisadçı-alim Nazim Bəydəmirli bildirib ki, bazarda digər istehsalçılar azdır və tələbi qarşılamır:
"Belə hallar tələb və təkliflə bağlı problemlərdən irəli gəlir. Tələb çoxdur, təklif azdır deyə qiymətlər bahalaşır. Əks halda isə ucuzlaşır. Rəqabət mühiti mövcud, möhkəmlənmiş bazar iqtisadiyyatı olan ölkələrdə bahalaşma ilə yanaşı ucuzlaşma müşahidə edilir. Azərbaycanda isə inhisarçı istehsalçılar var. Müxtəlif məhsulların satışında, istehsalında, idxalında monopoliya mövcuddur. Onlar istənilən qiyməti diqtə edə bilərlər. Çünki başqa təklif irəli sürən yoxdur.
Ona görə məmur sahibkar istənilən qiyməti artırması mümkündür. Əsaslandırmağa ehtiyac duyulmur, müxtəlif bəhanələr söyləyərlər. Tutalım, xammalın qiyməti yüksəlib və s.
Müəyyən malın istehsalı üçün xammal bazasını təmin etmək, stimullaşdırmaq lazımdır. Azərbaycanda həm kənd təsərrüfatı, həm də emal sənayesi məhsullarının istehsalında məmur sahibkarlığı səbəbindən inhisarçılıq var. Bu da mal və xidmətləri bahalaşdırır".
Paylaş:
Müəllif : Yazar
Tarix:5-07-2022, 16:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər