reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Dollarda bahalaşma yenidən gücləndi: - Azərbaycanda hansı təsirləri olacaq?

reklam

Dollarda bahalaşma yenidən gücləndi: - Azərbaycanda hansı təsirləri olacaq?


















ABŞ valyutasının məzənnəsi son günlərdə yenidən yüksəlişə keçib. Bu gün birjalar açılanda Dollar İndeksi bir qədər də artaraq 106,4 səviyyəsinə çatıb. İndeksin yüksəlməsi dolların bahalaşmasını göstərir. DİA.AZ sfera.az-a istinadən xatırladır ki, sonuncu dəfə belə baha dollar 2003-cü ildə müşahidə edilib.

Dolların bahalaşmasını avro ilə olan məzənnədən də görmək olar. Bu gün avronun məzənnəsi 1,026 dollara qədər geriləyib. Halbuki, 2022-ci ilin əvvəlində bir avro 1,15 dollar idi.

Dolların bahalaşması ABŞ-da inflyasiya ilə mübarizənin güclənməsi ilə əlaqəlidir. ABŞ mərkəzi bankının rəhbərinin açıqlaması göstərir ki, ölkədə monetar siyasət inflyasiyanın aşağı salınması yönündə olacaq və bu prioriteti başqa hədəflər dəyişdirə bilməyəcək. Dolların bahalaşması yüksək inflyasiyanın zəiflədilməsinə kömək etdiyindən mərkəzi bank prosesi dəstəkləyir.

ABŞ valyutasının bahalaşması dəyəri dollarla müəyyənləşən əmtəələri ucuzlaşdırır. Son bir ayda pambığın dəyərinin 33 faiz, buğdanın 25 faiz, misin 25 faiz, nikelin 23 faiz, sinkin 21 faiz, neftin 16 faiz, alüminiumun 14 faiz ucuzlaşmasında dolların bahalaşması mühüm rol oynayır.

Dolların bahalaşması Azərbaycanda da inflyasiyaya azaldıcı təsir edir. Belə ki, xarici bazarlarda məhsulların ucuzlaşması Azərbaycanda da malların dəyərinin qismən azalmasına şərait yaradacaq.




Paylaş:


Müəllif : Tarix:
6-07-2022, 11:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər