reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Azərtəkrarqarametal” növbəti dəfə ili zərərlə BAŞA VURUB

reklam

“Azərtəkrarqarametal” növbəti dəfə ili zərərlə BAŞA VURUB


“Azərtəkrarqarametal” ASC 2021-ci il üzrə maliyyə hesabatını açıqlayıb.

Regionxeberlericom.az “APA-Economics”ə istinadla xəbər verir ki, ASC növbəti dəfə ili zərərlə başa vurub.

Belə ki, 2021-ci ildə “Azərtəkrarqarametal”ın sair gəlirləri 29,6 min manat (əvvəlki ilə nisbətən 17,5 % çox) təşkil edib. Şirkətin inzibati xərcləri 25,4 min manat, sair əməliyyat xərcləri 14,2 min manat, əməliyyat zərəri 10 min manat, vergidə nəzərə alınmayan xərcləri 540 manata bərabər olub. Nəticədə, ASC ötən ili 10,5 min manat xalis zərərlə başa vurub. Bu isə əvvəlki ilə nisbətən 39,7% azdır. Belə ki, 2020-ci ildə şirkətin xalis zərəri 17,5 min manat olmuşdu.

31 dekabr 2021-ci il tarixinə şirkətin cəmi aktivləri 0,06% azalaraq 1,531 milyon manat olub, cəmi öhdəlikləri isə 0,4 % artaraq 2,495 milyon manata yüksəlib. “Azərtəkrarqarametal”ın kapital çatışmazlığı isə 1% artaraq 963,9 min manata çatıb.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 16:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər