reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Qeyri-ərzaq məhsulları da bahalaşdı - Ekspertdən iki təklif

reklam

Qeyri-ərzaq məhsulları da bahalaşdı - Ekspertdən iki təklif
















Ölkədə yalnız ərzağın deyil, qeyri-qida məhsullarının qiymətində də artım müşahidə olunur. Şəxsi gigiyena məhsulları arasında daha çox sintetik yuyucu vasitələrin, sabun və diş pastalarının, qabyuyan mayelərin, antipersperant vasitələrin qiymətində artım var. Bəzi məhsulların, xüsusən də qabyuyan maye və sabunların qiyməti ikiqat artıb.

İqtisadçı ekspert Natiq Cəfərli açıqlamasında deyib ki, Azərbaycana qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələri əsasən xaricdən gətirilir. Bu sahədə Azərbaycanın daxili istehsalı demək olar ki, yox səviyyəsindədir:

“Ona görə də xaricdə qiymət artımının sürətlənməsi idxal inflyasiyasının yüksəlməsinə səbəb olur. Xarici bazarda qeyri-ərzaq məhsulları, xüsusən də məişət kimyası və şəxsi-gigiyena vasitələrinin qiyməyi kəskin şəkildə artıb. Ölkəyə bu məhsullar baha qiymətə gətirildiyi üçün də marketlərdə də baha satılır”.

Natiq Cəfərlinin sözlərinə görə, vəziyyətdən iki çıxış yolu var. Bunlardan birincisi və başlıcası, yerli istehsalı artırmaqdır:

“Lakin bu, hazırki vəziyyətdə bir qədər çətindir. Çünki yerli istehsalı təşkil etmək zaman alan məsələdir. İllər lazımdır. Buna isə vaxt yoxdur. Bu mövzuda hökümət kifayət qədər zaman itirib. Öncədən bununla bağlı xüsusi tədbirlər görülməli idi. İkinci çıxış yolu isə müəyyən güzəştlərin tətbiq edilməsidir. Vergi və gömrük güzəştlərini tətbiq etmək və bu yolla da qiymətləri tənzimləmək mümkündür. Bu məsələ hökumətin verdiyi qərardan sonra həll oluna bilər”.

Ekspert bildirib ki, qiymət artımı bundan sonra da davam edə bilər: “Xaricdə qiymət artdıqca asılılığımız olduğu üçün ölkə daxilində də qiymət artımı davam edəcək”.




Paylaş:


Müəllif : Tarix:
18-08-2022, 11:14
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər