Səfər Mehdiyev bahalaşmaya necə rəvac verir... - "Sanki Gömrük Komitəsi özü-özündən şübhələnir..."
Dövlət Gömrük Komitəsinin (DGK) qiymət və rüsum siyasəti həm fiziki şəxslərin, həm də iş adamlarının ciddi narazılığına səbəb olur.
Bu narazılığı şərtləndirən kifayət qədər səbəblər var ki, onlardan biri də DGK-nin rəsmi invosları qəbul etməməsidir. Doğrudur, zaman-zaman təqdim olunan invoyslarda müəyyən problemlərin, anlaşılmazlıqlar da olur. Amma bu cür halların az olmasına baxmayaraq, Komitə bütün mal gətirənlərə eyni prosesi tətbiq edir.
Məsələn, bu günlərdə kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda sahibkara maneə yaradıldığı ilə bağlı məlumatlar yayılmışdı. Belə ki, məlumatda Azərbaycan vətəndaşı Sənan Nağıyevin ölkə ərazisinə gətirdiyi mobil telefonların "Qırmızı Körpü" gömrük postunda saxlanıldığı və onlardan mallara aid sənədlərdə nəzərdə tutulduğundan artıq gömrük ödənişlərinin tələb olunduğu iddia edilirdi.
Məlumata aydınlıq gətirən DGK-dən isə bildirilib ki, Sənan Nağıyev cari ilin may ayının 22-də ölkə ərazisinə 200 ədəd müxtəlif markalı mobil telefonlar gətirib və həmin malların dəyərinin 32 100 ABŞ dolları (54 min 570 manat) olduğunu bəyan edib. Müvəqqəti saxlanca götürülən malların gömrük rəsmiləşdirilməsi prosesində aparılan araşdırma zamanı onların dəyərinin aşağı göstərildiyi, real dəyərin 46 080 ABŞ dolları (78 min 336 manat) təşkil etdiyi müəyyən edilib və bu barədə Sənan Nağıyevə məlumat verilib. Buna etiraz edən Sənan Nağıyev şikayət ərizəsi ilə DGK-ya müraciət edib. Müraciətin araşdırılması prosesində Sənan Nağıyev dəfələrlə Komitəyə dəvət edilsə də, getməyib. Cari ilin iyun ayının 18-də isə həmin şəxs könüllü olaraq gətirdiyi telefonları sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında rəsmiləşdirib və 28 514 manat 80 qəpik məbləğində gömrük ödənişlərinin dövlət büdcəsinə köçürülməsi təmin edilib.
Bu məqamda dəfələrlə gündəmə gələn digər problem isə rüsumların yüksək olmasıdır. Göründüyü kimi, sahibkar gətirdiyi 78 min 336 manatlıq mala görə 28 min 514 manat 80 qəpik, yəni 36.3 faiz rüsum ödəyib. Bu da daxili bazarda qiymətlərin niyə həddindən artıq baha olmasının səbəbini ortaya qoyur. Rüsumum yüksək olmasının səbəblərindən biri və bəlkə də birincisi məhz rəsmi invosyların DGK tərəfindən qəbul olunmaması, qurumun özünün müəyyənləşdirdiyi qiymətlərə uyğun olaraq yeni rəsmiləşdirmənin aparılmasıdır. Oxşar vəziyyətlə tək telefon gətirən sahibkarlar deyil, digər elektron avadanlıqları, avtomobil (xüsusilə də ikinci əl avtomobil-müəll.) gətirənlər də üzləşirlər. Görünən odur ki, DGK heç bir dünya ölkəsinin verdiyi rəsmi sənədə və azərbaycanlı sahibkarlara etibar etmir, onlar saxta invoys hazırlamaqda ittiham olunur.
Maraqlıdır, DGK niyə rəsmi bank ödənişləri və invosyaları qəbul etmir? Belə bir beynəlxalq təcrübə varmı?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında dünyanın heç bir ölkəsində belə bir təcrübənin olmadığını deyib. Onun fikrincə, heç bir dövlətin gömrük orqanının rəhbərliyinin ağlına gəlməz ki, saxta yolla invoyslar düzəldilsin:
“Ancaq Azərbaycan Gömrük Komitəsində düşünürlər ki, kimsə saxta invoys düzəldə, qiyməti aşağı çəkə bilər və bununla da rüsumdan yayınar. Ona görə də Gömrük Komitəsinin qeyri-qanunu qiymətləndirmə cədvəli var. Malın dəyərini də o cədvələ uyğun qiymətləndirib gömrük rüsumu hesablayırlar. Burada çox qəribə bir vəziyyət yaranır. Sanki Gömrük Komitəsi özü-özündən şübhələnir deyə, hamıya da şübhəli yanaşır. Əslində isə, rəsmi olaraq bank vasitəsilə edilən köçürmələr, rəsmi şəkildə təsdiqlənmiş invoyslar dünyanın hər yerində keçərlidir. Sadəcə, Azərbaycan gömrüyü bunu qəbul etmək istəmir. Çünki hamıya əvvəlcədən “önyarğılı” baxır. Hətta insanları öncədən saxtakarlıqda ittiham edəcək qədər irəli gedir. Düşünür ki, hər kəs saxtakarlıq edə bilər. Ona görə də özünün qiymət siyasəti var və bu sistemlə qiymətləndirmə aparır. Özünün təyin etdiyi qiymətə görə də rüsum alır. Bu da qanunda nəzərdə tutulmayan, ancaq daxili əmrlə, qaydalarla təsdiq olunan yanaşmadır. Bu da təbii olaraq iş adamlarının, gömrükdən mal keçirən fiziki şəxslərin ciddi narazılığına səbəb olur”.
N.Cəfərli qeyd edib ki, hər hansı invoysda problem ola bilər, ancaq bunu araşdırmağın öz üsulu olmalıdır:
“Seçilmiş bir neçə müqavilə ilə bağlı araşdırma aparıla bilər. Əgər şübhə yaranırsa ki, hansısa malın qiyməti invoysda real dəyərindən 2-3 dəfə aşağı göstərilib, bu zaman ciddi araşdırma aparıla və həmin şirkətlə əlaqə yaradıla bilər. Ancaq şübhə təsdiqini taparsa, faktla bağlı tədbir görülə bilər. İndi isə belə çıxır ki, gömrük orqanları əvvəldən hamıya şübhəli yanaşır. Bu da özlüyündə çox yanlış bir yanaşmadır”.
N.Cəfərli vurğulayıb ki, Gömrük Komitəsinin bu yanaşması azad bazar münasibətlərinə inamsızlıqdan irəli gəlir:
“Deyək ki, hansısa şirkət ya bağlanır deyə, öz mallarını çox ucuz qiymətə satışa çıxarır, ya da endirim kampaniyası keçirir. İş adamı da araşdırma aparır və bu məsələdən xəbərdar olduğu üçün həmin şirkətlə müqavilə bağlayır və çox ucuz qiymətə mal alır. Azərbaycan gömrüyü isə deyir ki, iş adamının buna ixtiyarı yoxdur, azad bazar münasibətlərinə uyğun işləməməlidir. Ancaq Gömrük Komitəsinin qoyduğu qaydalarla, qiymətlərlə işləmək təklif olunur. Bunun özü bazar münasibətləri qanunlarını heçə saymaqdır. Hətta yeni malı belə xaricdən çox ucuz qiymətə almaq mümkündür. Məsələn, iyul-avqust Avropada, ABŞ-da ciddi endirimlərin olduğu aylardır. Doğrudan da, ciddi araşdırma aparıb, bilik və bacarıqlardan istifadə edib çox ucuz mal tapmaq mümkündür ki, onu gətirib Azərbaycanda satmaqla pul qazanmaq olsun. Gömrük Komitəsi isə deyir ki, heç kim endirim kampaniyasından yararlana bilməz, gömrük rüsumu onların qaydalarına uyğun ödənilməlidir. Bu da azad bazar münasibətlərini heçə saymaq və hər kəsə şübhəli yanaşmağın təzahürüdür”.
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2019, 09:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2019, 09:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50