"Aİ-95 1 manat 60 qəpik olmalıdır"
İqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin ucuzlaşması fonunda ölkəmizdə Aİ-95 premium markalı benzinin hələ də ucuzlamaması ilə bağlı SOCAR-a müraciət edib.
Ekspert bu barədə sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, neft 86 dollar olub:
"Rusiyanın Ukraynaya soxulmasından öncəki səviyyəyə, yanvar ayı qiymətinə düşdü, bütün ölkələrdə benzin qiymətləri ucuzlaşır. Siz nə vaxt tərpənəcəksiniz? Aİ-95-in qiyməti nə vaxt düşəcək?! Məntiq və hesablamalarla indi Aİ-95 1 manat 60 qəpik olmalıdır".
Qeyd edək ki, Azərbaycanda Aİ-95 premium markalı benzin bu ilin 13 iyul tarixində 0,4 manat bahalaşaraq 2 manat olub. Həmin vaxt qeyd olunurdu ki, Aİ-95 premium markalı benzin ölkəmizdə istehsal olunmadığı üçün xaricdən idxal edilir. Qiymət artımı məhsulun idxal dəyərinin artması ilə əlaqələndirilirdi.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-09-2022, 22:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB