reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda rəsmən milyonçu varmı? - RƏSMİ CAVAB

reklam

Azərbaycanda rəsmən milyonçu varmı? - RƏSMİ CAVAB


ABŞ-ın “Forbes” jurnalı bu gün 2022-ci ildə dünyanın ən varlı adamlarının siyahısını açıqlayıb.

“Tesla”nın qurucusu İlon Mask 219 milyard dollar sərvəti ilə dünyada birinci yeri tutub. Keçən il birinci yerdə olan “Amazon”un baş direktoru Ceff Bezos 171 milyard dollar sərvəti ilə ikinci yerə enib. Müharibə, pandemiya və durğun bazarlar bu il dünya milyarderlərini “vurub”. “Forbes”in planetin ən varlı adamlarının 36-cı illik siyahısında insanların sayı 87 nəfər azalaraq 2668 nəfər olub.

Onların ümumi sərvəti 400 milyard dollar azalaraq 12,7 trilyon dollara düşüb. “Forbes” illik milyarderlərin siyahısında reytinqə 2 min 755 milyarderin daxil olub ki, siyahıda 10 türk var. Türkiyədə dollar milyarderlərinin sayı 27-dən 24-ə düşüb ki, ilk sırada Murat Ülker 4,7 milyard dollar sərvəti ilə birinci olub.

Qlobal yoxsulluğun aradan qaldırılması üçün çalışan beynəlxalq qeyri-kommersiya təşkilatı “Oxfam”da cari ildə, ABŞ-da fərdi gəlir vergisi bəyannamələrinin təhlilində göstərimişdi ki, ABŞ milyarderlərinin əksəriyyətinin ümumi sərvəti 4,7 trilyon dollar təşkil edir. Bu nisbət 2020-ci ildə 2,9 trilyon dollar olub. (Qlobal artım oxşar şəkildə 8 trilyon dollardan 12,7 trilyon dollara yüksəldi). Lakin bu qazanca baxmayaraq, ABŞ-ın 25 ən varlı adamları 2014-cü ildən 2018-ci ilə qədər sərvətlərinin yalnız 3,4 faizini vergi ödəyib.

Qeyd edək ki, dünya üzrə 100-dən çox milyonçu və milyarderdən ibarət “Patriot Milyonerlər” qrupu zənginlərə sərvət vergisi tətbiq etməyə çağırmışdı.

Super varlıların dünya iqtisadiyyatında pandemiya sonrası bərpa prosesinə töhfə verməyə məcbur edilmədiklərinə görə, "Varlılardan dərhal vergi alın" tələbi səslənirdi:

“Milyonçular olaraq biz bilirik ki, mövcud vergi sistemi ədalətli deyil. Dünya son iki ildə son dərəcə ağrılı bir dövr keçirərkən sərvətimiz pandemiya zamanı artıb. Amma düzünü desək, çox az varlı vergilər vasitəsilə ədalətli töhfə verib”.

Məktubda zənginlərdən sərvət vergisinin tutulmasının dünyada həddindən artıq bərabərsizliyin azaldılmasına və səhiyyə, təhsil kimi əsas xidmətlərin maliyyələşdirilməsinə kömək edəcəyinə diqqət çəkilirdi. Böhran zamanı super varlıların sərvətlərini artırdığını göstərən məlumatlara cavab olaraq, 130-dan çox ölkə iri korporasiyaların vergidən yayınmasının qarşısını almaq üçün minimum 15 faiz qlobal vergi tətbiq etməyə razılaşıb.

Avropa və Cənubi Amerikanın bəzi ölkələri istisna olmaqla, varlıların daşınmaz əmlak, səhmlər, sənət əsərləri kimi aktivlərinə görə vergi ödəmələri tələb olunmur.

Əmlak satıldıqda vergi tələb olunur. “Oxfam” beynəlxalq yardım təşkilatının açıqladığı hesabata görə, iki illik pandemiya dövründə dünyanın ən zəngin 10 adamının sərvəti iki dəfə artıb. İlk 10 adının sərvəti saniyədə 15 min dollar artaraq iki il ərzində 1,5 trilyon dollara yüksəlib. “Oxfam”ın hesablamalarına görə, əgər zənginlərdən sərvət vergisi tutulsaydı, hər il ən azı 2,5 trilyon dollar vergi gəliri əldə ediləcək.

Ölkəmizə də kifayət qədər varlı insanlar var, lakin dünya varlılarının siyahısında Azərbaycan vətəndaşlarının adları adətən açıqlanmır.

Azərbaycanda milyonerlər varmı və onlar vergi ödəyirmi?

Cebhe.info-nun sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini, 3-сü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev bildirib ki, vergi ödəyicilərinin əldə etdikləri gəlirləri və ödədiyi vergiləri barədə məlumatlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən, vergi sirri və şəxsi həyata dair məlumat hesab olunur:

“Həmin Məcəllənin 30.6-cı maddəsində göstərilən hallar istisna olmaqla, bu məlumatların digər şəxslərə verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb”.

Cebhe.info




Paylaş:


Müəllif : Tarix:
24-10-2022, 15:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər