Azərbaycan buğda asılılığından xilas olur? - “Cəmi 5 milyarda...”
“Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Prezidentin Fərmanından irəli gələn yeni dəstək tədbirləri çərçivəsində cari il ərzində aqroparkların pivotaltı sahələrində buğda əkinini 52 faiz və ya 11,3 min hektar artırmaqla 33 min hektara çatdırmaq nəzərdə tutulur.
Bu, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) yaydığı məlumatda öz əksini tapıb. Burada qeyd edilir ki, növbəti 5 il ərzində pivotaltı sahələrin 100 min hektara çatdırılması, aqroparklarda ərzaqlıq buğda istehsalının 2023-cü ildə 143 min tona yüksəldilməsi proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan ərzaqlıq buğdaya olan tələbatı ödəmək üçün idxaldan asılıdır. Bu asılılığı aradan qaldırmaq üçün yerli istehsalı artırmaq əsas şərtdir.
Aqroparklar ərzaqlıq buğda ilə yerli tələbatı ödəyə biləcəkmi? İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya bildirib ki, Azərbaycan bu il yerli tələbatın 25 faizi qədər, təxminən 300-400 min ton buğda istehsal edib:
“Aqroparklarda da elan ediblər ki, məhsuldarlıq 45 sentnerdir. Bizim 1-1,2 milyon ton buğdaya tələbatımız var. Aqroparkların hədəfi Azərbaycanın taxıla olan tələbatının maksimum 10 faizini təşkil edə bilər. Ancaq builki istehsal o səviyyədə də deyil. Aqroparkların məhsuldarlığı yüksəltməsi müsbət addım kimi dəyərləndirilə bilər. Lakin aqroparkların gücü ilə buğdaya olan tələbatın ödənilməsi hələ ki, ağlabatan görünmür. Çünki onların hədəfi 8-10 faiz buğda istehsal etməkdirsə, yerli tələbatın həll edilməsindən nəsə gözləyə bilmərik. Bununla yanaşı, Azərbaycanın yerli istehsalı hesabına tələbatı ödəmək potensialı var. Bu potensialı reallaşdırmaq üçün hazırkı 600-700 hektar ərazidə olan zəmilərdə əkilən məhsuldarlığı 10-15 faiz artıra bilsək, Azərbaycanın buğdaya olan tələbatını ödəmiş olarıq. Bu il orta məhsuldarlıq ölkə üzrə 32 sentnerdir ki, bu da təxminən hər hektardan 3200 tondur. Biz bu göstəricini ümumi ölkə üzrə 45 sentnerə çatdıra bilsək, ölkədə yerli tələbatı əsasən ödəmiş olarıq. Əgər məhsuldarlığı 50 sentnerə qaldıra bilsək, Azərbaycan ərzaq buğdası ixrac edən ölkəyə çevrilə bilər”.
Ekspert deyir ki, dünyada kənd təsərrüfatı inkişafda olan ölkələrdə hektardan 5 ton taxıl götürmək orta göstərici sayılır:
“Hazırda yüksək göstərici 70-80 sentnerdir. Bu il Meksika, Braziliya və Hindistanda bəzi innovativ buğda sortları 90 sentnerə qədər buğda verib. Bizim məhsuldarlığımız həmin innovativ sortların üçdə biri qədər məhsul verib. Ona görə də mövcud potensialı reallaşdırmaq üçün Elmi –Tədqiqat İnstitutu, Dövlət Aqrar Universiteti, KTN kimi qurumlarla işləyərək məhsuldar sortların ölkəyə gətirilməsi, yerli şəraitə uyğunlaşdırılması ilə məşğul olmalıdırlar. Digər tərəfdən, buğda zəmilərində aqrotexniki xidmətin yüksəldilməsi, innovativ-aqrotexniki qaydaların Azərbaycana gətirilməsi, selləmə-suvarmadan imtina edilərək yağış-damcı yolu ilə suvarma tətbiq eidlməlidir. Bundan başqa, Azərbaycanın su tutmayan çoxlu həcmdə boş torpaqları var ki, həmin torpaqlara kəmər vasitəsilə su çəkib, həmin ərazilərdə də taxıl əkmək mümkündür. Rayonlara səfər edərkən görmək olur ki, yolun sağı-solu boş sahələrdir və yovşan, qarağat bitir. Əgər biz boru kəməri ilə suvarma sisteminə keçsək, artıq relyef problemi aradan qalxar. Azərbaycanın məhsuldar torpaqlarının yarıdan çoxu dəmyə torpaqlarıdır. Onları da suvarmaq olar, yağışın ümidinə qalmasın. Hökumətin hərtərəfli şəkildə işləmək potensialı var. Yerli istehsalın artıraraq tələbatı ödəmək imkanları xeyli genişdir. Sadəcə olaraq o potensialı reallaşdırmaq lazımdır”.
Ekspert bildirib ki, bunun üçün kənd təsərrüfatına vəsait ayrılmalıdır:
“Ölkənin 10 milyon əhalisini ərzaqla təmin etməli olan aqrar sahəyə cəmi 1 milyard manata yaxın vəsait ayırmışıq. Bu rəqəm azdır və ən azı 5-6 dəfə çox olmalıdır. Çünki strateji sahədir və vəsaiti bu istiqamətə yönəltsək, heç nə itirmirik. Qazancımız isə o olur ki, neftdən gələn valyuta ölkədə qalır. Bu istiqamətdə hökumət işləməlidir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-10-2022, 16:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər