Azərbaycanda çörək ucuzlaşa bilər: - “Çörəkçilər ziyan eləmirdilər”
Bir müddət öncə dünyada yaranan taxıl qıtlığı təhlükəsi aradan qalxmaqdadır.
Belə ki, Rusiyanın taxıl müqaviləsinə qayıtması ilə bahalaşan buğdanın qiyməti 8 faizdən çox düşüb. Rusiyanın taxıl sazişində iştirakını dayandırdığını açıqladıqdan sonra Çikaqo Ticarət Birjasında bazar ertəsi 6,4%, çərşənbə axşamı isə 2,3% artaraq 9 dolların üzərinə çıxan buğda fyuçers müqavilələrinin qiyməti 8%-dən çox geriləyib.
Eyni zamanda, ölkəmizdə son günlər unun qiyməti ucuzlaşıb. Unun qiymətində bir ay əvvəlki ilə müqayisədə 1 manatdan çox ucuzlaşma müşahidə olunur. Unun qiymətindəki ucuzlaşmanın çörəyin qiymətinə təsirinə gəldikdə isə çörək zavodlarının nümayəndələri Cebhe.info saytına bildiriblər ki, ucuzlaşma az olduğu üçün çörəyin qiymətinə təsir etməyib. Hazırda 50 kq-lıq bir kisə un əvvəlkindən ucuz satılsa da, çörəyin qiyməti olduğu kimi qalır.
Lakin “Karmen” MMC-nin əməkdaşı İqdam Umudov Cebhe.info-ya açıqlamasında qiymət fərqinin az olmadığını bildirib:
“Taxıl baha satılanda, 50 kq-lıq unun kisəsi 40 manat 70 qəpik idi. Hazırda 39 manat 55 qəpikdir. Yəni unun qiyməti 1 manat 15 qəpik ucuzlaşıb. Bir ton unun qiymətində 23 manat ucuzlaşma baş verib. Bu, böyük məbləğdir, az məbləğ deyil. Düşünürəm ki, çörəyin son qiyməti təsdiqlənəndən sonra çörəkçilər, xeyir eləməsələr də, ziyan eləmirdilər. Hazırda o qiymətdən sonra bir ton unda 23 manat ucuzlaşma var. Onların xərclərini dəqiq bilmirəm. Amma unun qiymətinin yenidən azalacağı ehtimalı var”.
Xatırladaq ki, bu il iki dəfə çörəyin və unun qiyməti artıb. Yanvar ayında 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik müəyyən edilib. Bu ilin avqustunda isə 50 kq-lıq bir kisə unun ən yüksək qiymət həddi - 40,70 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-11-2022, 16:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər