reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Günay Sığorta” bazar payını itirir – YIĞIMLAR KƏSKİN AZALIR

reklam

“Günay Sığorta” bazar payını itirir – YIĞIMLAR KƏSKİN AZALIR


Azərbaycan sığorta bazarının iştirakçılarından olan “Günay Sığorta” şirkətinin yığımları son bir il ərzində kəskin azalıb.

Regionxeberlericom.az-ın məlumatına görə, FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) 2022-ci ilin yanvar-sentyabr ayları üzrə açıqladığı hesabatına istinadən xəbər verir ki, şirkət tərəfindən bu ilin 9 ayında 5,669 mln. manat həcmində sığorta haqqı toplanılıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,320 mln. manat və ya 29% azdır.


Qeyd edək ki, azalma cari ilin yanvar-avqust aylarında da davam edib. Cari ilin 8 ayında şirkətin topladığı yığımlar son bir illə müqayəsədə 2,378 mln. manat və ya 48,7% azalaraq 4 885 mln. manata enib.


Xatırladaq ki, bu yaxınlarda şirkətin rəhbər heyətində istefalar olub. Belə ki, Şirkətin İdarə Heyətinin sədri Mahir Niftəliyev və Direktorlar Şurası sədrinin müşaviri Azad Cavadov öz xahişi ilə vəzifələrindən uzaqlaşıb.




Paylaş:


Müəllif : Tarix:
14-11-2022, 14:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər