reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycan 5 milyardı necə qazanacaq? - "Pomidorla çıxmalıyıq, raketlə yox ki...”

reklam

Azərbaycan 5 milyardı necə qazanacaq? - "Pomidorla çıxmalıyıq, raketlə yox ki...”


Azərbaycan 2025-ci ilə qədər qeyri-neft məhsullarının ixracının illik dəyərini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev bildirib. “Qeyri-neft ixracı üçün 15 hədəf bazarımız var. Biz beynəlxalq sərgi və yarmarkalarda iştirak edirik, vahid ölkə sistemi ilə təmsil olunuruq və yerli istehsala aid qeyri-neft məhsullarını "Made in Azerbaijan" brendi ilə təqdim edirik.

Milli ixrac startegiyanızın əsas hədəfləri yeni ixracın təşviqi mədəniyyətinin yaradılması və yerli məhsulların daha geniş coğrafi məkanlara ixracıdır. Biz ixrac maliyyə alətlərinin dəstəklənməsini də nəzərdə tuturuq. Bu strategiyanı uğurla icra etsək gələcəkdə Azərbaycanda “Exim bank”ın yaradılmasını da düşünə bilərik", - deyə o qeyd edib.

Bildirək ki, Azərbaycan qeyri-neft sektorunda ixracla bağlı ötən dövrlərə nisbətən müəyyən irəliləyiş əldə etsə də burada əsas ixrac məhsulu kimi qeyri-ərzaq məhsulları öz əksini tapır.

Növbəti illərdə 5 milyard dollarlıq ixrac məhsulları sırasında yenə pambıq, metallurgiya, qızıl kimi məhsullar yer alacaq?

İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, ötən dövrdə bir çox sənaye parklarında fəaliyyət başlayıb və 2-3 ildir ki, pilot proqramlar üzrə güzəştlər verilir

“İstər vergi, istərsə də hansısa məhsulların istehsalında idxal olunan komponentlərin idxal rüsumlarından azad edilməsi ilə bağlı bunu görmək olar. Yəni biz şaxələnmə prosesini başlamışıq. Şübhəsiz ki, əgər hədəf qoyulubsa, bu, təsadüfi rəqəm deyil. Ancaq hər bir halda bu məbləğin 5 milyarda çatmasını konkret zaman və məkan çərşivəsində izləyə biləcəyik. Ümumiyyətlə, 2019-cu ilin sonunda biz bu sahədə dinamik inkişafla gedirdik. Sadəcə olaraq pandemiya yalnız Azərbaycana deyil, bütün dünya iqtisadiyyatına böyük zərbə vurdu. Bizim də ixracyönümlü potensialımıza öz mənfi təsirini göstərdi. Dinamik inkişaf tempi səngidi. İndi bu hədəfi yerinə yetirmək mümkün olacaq, kifayət qədər şaxələnmə prosesi var”.

Ekspert bildirib ki, ilk növbədə kənd təsərrüfatı sektorunda öz davamlı inkişafını yavaş-yavaş, paralel həyata keçirir:

“Qonşuların siyasi müstəvidə çıxışları da bu prosesə müsbət təsir edir. Emal sektorunda, sənaye parklarında müəyyən dəhlizə daxil olmuşuq. Bu baxımdan bu sektorda artım ehtimalımız var. Ancaq bu, sadəcə bir proqnozdur. Gərək qoyulan minimum proqramlar həyata keçirilsin ki, bi bu rəqəmə çataq”.

Ekspert deyir ki, ümumiyyətlə, ənənəvi məhsullardan kənarlaşma var:

“Ancaq bəzən ənənəvi məhsullara tənqidi yanaşılır ki, bazara pomidorla çıxırıq. Biz bazara pomidorla çıxmalıyıq, raket istehsal edəcək deyilik ki... Onu qoruyub saxlamaq, şaxələndirmək, inkişaf etdirmək lazımdır. Biz inşaat materialları sektorunda addım-addım irəli gedirik. Hələ 90-cı illərin əvvəllərində rəngsaz fəaliyyətində ən çox Türkiyədən məhsullar gətirirdik. Ancaq indi bu sahədə materialların 95 faizini özümüz istehsal edirik. Biz istehsal etdiyimizi ixraca da yönəldə bilirik. Sənaye parklarının yaranması bu tipdə olan məhsulların istehsalına şərait yaradır.

Artıq ənənəvi yox, inşaat və digər emal sənayesi üzrə qeyri-ərzaq məhsullarında kifayət qədər dinamik artım var. Sadəcə biz xarici ixrac portensialını iqtisadi dövriyyəyə cəlb etməliyik. Bununla bağlı da proqnoz varsa, minimum proqram da var. Ancaq konkret zaman və məkan çərçivəsində izləməyimiz lazım gələcək”.




Paylaş:


Müəllif : Tarix:
2-12-2022, 17:20
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər