“Retail Group Azerbaijan” şirkəti rebrendinq edib
Baş ofisi Səudiyyə Ərəbistanında yerləşən “Fawaz Alhokair Group” şirkətlər qrupu “Arabian Centres” və “Fawaz Alhokair Fashion Retail Co.” şirkətləri ilə birlikdə rebrendinq etdiyini açıqlayıb.
Rebrendinq nəticəsində qrupa daxil olan bütün şirkətlər yeni “Cenomi” adı altında birləşib. Belə ki, “Arabian Centres” şirkətinin adı “Cenomi Centres”ə, “Alhokair Fashion Retail Co.”nun adı isə “Cenomi Retail”ə dəyişdirilib.
Bundan əlavə, “Cenomi” iki yeni təqdimatın anonsunu verib. Bunlar, şirkətin ilk rəsmi loyallıq proqramı olan “Cenomi Rewards” və 2023-cü ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılan Cenomi.com yeni e-ticarət platformasıdır.
“Bu, təşkilatımız üçün tarixi andır. 30 il ərzində şirkətlərimiz dünya səviyyəli platformalarda ən yaxşı brendlərə çıxışı təmin etmək üçün ölkəmiz və xalqımızla birlikdə böyüyüb və dəyişikliklərə uğrayıblar. “Cenomi” adı bu baxışın daha da güclənməsini ifadə edir və bizi növbəti 30 il və ondan sonrakı uğurlara həvəsləndirir”, - “Cenomi Group”un rəhbəri Fawaz Alhokair rebrendinqi şərh edərkən bildirib.
Qeyd edək ki, yunan dilindən tərcümədə “Ceno” “yeni”, “Mi” isə “mən” deməkdir.
Rebrendinqlə əlaqəli rəsmi relizdə “Cenomi”nin müştərilərin ehtiyacları nəzərə alınmaqla yaradıldığı vurğulanır. Səudiyyə Ərəbistanı Krallığı və onun hüdudlarından kənarda pərakəndə satış və həyat tərzində yeni səhifə açmağı qarşıya məqsəd qoyan “Cenomi” şirkəti müştərilərin yeni şeylər kəşf edə, təcrübədən keçirə və əylənə biləcəyi platformalar (dəb, gözəllik, əyləncə və ya restoranlar) təqdim edir.
Rebrendinq 2011-ci ildən ölkədə fəaliyyət göstərən “Retail Group Azerbaijan” şirkətindən də yan keçməyib. Bu gündən etibarən “Cenomi Azerbaijan” adı altına fəaliyyət göstərəcək şirkət eyni baxış və məqsədlərə sadiq qalmaqda davam edəcək.
Xatırladaq ki, “Cenomi Azerbaijan” şirkəti “Zara”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius”, US.POLO, KIKO Milano, “Parfois”, ALDO və bir çox digər məşhur brendlərin Azərbaycanda rəsmi təmsilçisidir.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-12-2022, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər