reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Qaza görə kütləvi cərimələr yazılır? - “Azəriqaz” iddalara cavab verdi

reklam

Qaza görə kütləvi cərimələr yazılır? - “Azəriqaz” iddalara cavab verdi

“2018-ci ilin sonu ölkəyə qaz sayğacları gətirildi və ekspertimizin bu sayğacların keyfiyyətsiz olduğu barədə rəyini öz səhifəmdə yazdım. Ötən 4 il ərzində zaman -zaman bu haqda yazdıq. 2019-cu ildə “Azəriqaz”ın ölkəyə gətirdiyi “Zenner G-4 Atmos” tipli qaz sayğaclarının istismar ilini başa vurmamış sıradan cixır. Gün ərzində 250-300 -ə yaxın “Zenner” markalı sayğaclar əvəz olunur və laboratoriya adı altında zirzəmilərdə sayğaclara rəy verilir. Sayğac güya ki, sərfiyyatı qeyd etmir, qaz itkisi yaranıb”.

Bunu Neftçilərin Hüquqlarını Müdafiəsi İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı deyib. O bildirib ki, bu halda abonentə 1440 m3 ( 4*30*12 ,4 m3 sayğacın nominal qaz buraxma əmsali, 30 gün, 12 saat) cərimə tətbiq edərək ondan xəbərsiz koda vurulur:

“1440 m3 itirilmiş qaz həcmi üçün 172.80 dəyərində cərimə ödəməlidir. Abonent isə onu görmür. Noyabr- dekabr aylarında 7685 sayğac öz-özünə sıradan cıxaraq növbədənkənar dövlət yoxlamasına götürülüb. Sayğacların xarab olmasına səbəb onların keyfiyyətsiz olmasıdır. Daxili materialı cox zərif kaucukdan yığılıb. Qazın tərkibində olan yağlı maddələr, parafinlər, toz, zibil onun dişlərini qırır və nəticədə sayğac sıradan çıxır. Əvvəlki saygac Almaniya məhsulu idi, bundan başqa Fransanin “İtron pay” sayğacları olub və onlar cox keyfiyyətli idi”.

Birliyə daxil olan məlumatda o da qeyd edilib ki, bu qaz sayğacları -0 dərəcədə işləmir:

“Kəndlərdən məlumatlar gəlir ki, sayğac gündüz işləyir, amma gecələr işləmir”.

Məlumata görə, “Azəriqaz” İstehsalat Birliyindən iddialarla bağlı Cebhe.info-nun sorğusuna cavab olaraq bildirilib ki, birliyin cərimə yazmaq kimi səlahiyyəti yoxdur:

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Metrologiya İnstitutu tərəfindən tipi təsdiq olunaraq Ölçmə Vasitələrinin Dövlət Reyestrinə daxil edilən qaz sayğaclarının istifadəsinə icazə verilir. Xidməti sahələrdə istifadə olunan qaz sayğacları, satınalma qaydalarına uyğun olaraq SOCAR tərəfindən keçirilən müsabiqələrdə qalib gələn şirkətlər tərəfindən təqdim olunur. Müqaviləyə əsasən ilkin yoxlamalar zamanı və ya zəmanət müddəti ərzində qüsur aşkar olunan qaz sayğacları müvafiq qaydada istehsalçı tərəfə qaytarılır və əvəzinə yeni qaz sayğacları təqdim olunur. Əlavə olaraq bildiririk ki, Birliyin cərimə yazmaq kimi səlahiyyəti yoxdur.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu tərəfindən müəyyən edilmiş qaydalara əsasən çıxarılan qaz sayğacları Birliyin Metrologiya Departamentinin sınaq qurğularında yoxlanılır və yoxlamanın nəticəsinə əsasən tərtib olunmuş akt Azərbaycan Metrologiya İnstitutunun daimi nümayəndəsi tərəfindən yoxlanılaraq təsdiq edilir".

“Azəriqaz” sayğacların keyfiyyəti ilə bağlı səslənən iddialara cavab verməyib.




Paylaş:


Müəllif : Tarix:
14-12-2022, 17:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər