reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Naxçıvanda böyük tədbir planlaşdırırıq — Mikayıl Cabbarov

reklam

Naxçıvanda böyük tədbir planlaşdırırıq — Mikayıl Cabbarov

















2023-cü ildə Biznesin İnkişafı Fondunun fəaliyyətinin genişləndirilməsi, yeni alətlərin ərsəyə gətirilməsini qarşıya hədəf kimi qoyulub.

Bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov "Dayaq" mükafatının təqdim etmə mərasimində deyib.

"İndiyə qədər əsas alətimiz olan Sahibkarlığın İnkişafı Fondu vasitəsilə güzəştli kreditlərin tətbiq edilməsi olub. Sahibkarlığın İnkişafı Fondu minlərlə layihəni əhatə edir, lakin bir alətlə çalışması bu günün tələbinə uyğun deyil. Bu nöqteyi nəzərdən biz Azərbaycan iqtisadiyyatının tələbinə uyğun olaraq bir sıra maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı, gələn ilin birinci rübündə təqdimat keçirəcəyik", - M.Cabbarov deyib.

Nazirin sözlərinə görə, Fond vasitəsi ilə həm dəstək tədbirlərini, yəni, qrant xarakteri daşıyan alətləri, həm dayanıqlı, özü-özünü güzəştli şərtlərlə sahibakların bazarda əldə edə bilmədiyi ancaq ehtiyac duyduğu alətlərin tətbiqi nəzərdə tutulur.

"Hesab edirəm ki, biznes mühiti sahəsində irəliləməkdə davam edirik. Son illər ərzində sahibaklarla dövlət qurumları arasında dialoqun keyfiyyəti tamamilə yeni müstəviyə çıxııb. Yeni iqtisadiyyat yeni alətlər tələb edir", - M.Cabbarov bildirib.




Paylaş:


Müəllif : Tarix:
28-12-2022, 12:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər