Türkiyədə illik inflyasiya açıqlandı
Türkiyədə istehlak qiymətləri indeksi 2022-ci ildə illik ifadədə 64,27% təşkil edib.
Bu barədə Respublika Statistika İnstitutu məlumat yayıb.
Ötən ilin dekabrında aylıq qiymət artımı bir qədər səngiyib və 1,18% təşkil edib. Son doqquz ayda bu, aylıq inflyasiyanın minimum göstəricisidir.
Rəsmi məlumatların açıqlanmasından əvvəl bir sıra türkiyəli ekspertlər və özəl statistik təşkilatlar inflyasiyanın illik ifadədə 66-80% səviyyəsində olacağını proqnozlaşdırırdılar. 2022-ci ilin noyabr ayının nəticələrinə görə, Türkiyə Statistika İdarəsi özü inflyasiyanı 84,39% səviyyəsində proqnozlaşdırmışdı.
Ötən ilin yekunları üzrə ən çox qiymət artımı daşınmaz əmlak (79,83%), ərzaq və alkoqolsuz içkilər (77,87%) sahəsində qeydə alınıb. Restoran və mehmanxanalarda xidmətin qiyməti 68,48%, tibbi xidmət 66,6% artıb. Alkoqollu içkilər və tütün məmulatlarının qiymətləri 65,11% bahalaşıb. Ən az inflyasiya hazır geyim və ayaqqabılara təsir edib - qiymət artımı 25,87% təşkil edib.
Qeyd edək ki, inflyasiya 2022-ci ildə Türkiyə iqtisadiyyatının əsas problemlərindən birinə çevrilib. Buna iqtisadiyyatda qlobal proseslər, ciddi tənəzzül gözləntiləri, eləcə də türk lirəsinin kəskin ucuzlaşması səbəb olub.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-01-2023, 12:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB