reklam
Regionxeberlericom.az » İqtisadiyyat » "Retro Holding" gömrük qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB

reklam

"Retro Holding" gömrük qaydalarını pozmağa görə - MƏHKƏMƏYƏ VERİLİB


“Retro Holding MMC- yə gömrük qaydaları əleyhinə olan (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə görə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğdə, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğdə cərimə edilir.İcraatda olan işə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlini sədrliyi ilə baxılır.




Paylaş:


Müəllif : Tarix:
17-01-2023, 13:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər