reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA

reklam

Taksilərin də QİYMƏTİ QALXIR? - AÇIQLAMA


Fevralın 3-dən ictimai nəqliyyatda gediş haqlarının artımı mövzusu bəzi “işkolik”lərin hədəfinə çevrilib. Belə ki, taksi sürücüləri vəziyyətdən sui-istifadə edərək artıq dünəndən etibarən gediş haqqına müəyyən qədər artım ediblər.

Bu hal xüsusi ilə “1 manatlıq” taksilərdə müşahidə olunur. Adı manatlıq olsa da, sürücülər ünvandan asılı olaraq 2 manat hətta çox ödəniş də tələb edirlər.

Bəs qiymət artımı taksilərə də şamil olunacaq?

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında mövzuya aydınlıq gətirib. Onun sözlərinə görə, qiymət artımı taksilər üçün deyil:

“Taki sürücülərinin qiymətləri qaldırması heç də doğru və gözlənilən hal deyil. Edilən dəyişiklik təkcə ictimai nəqliyyatlara şamil olunub. Ona görə manatlıq taksilərin sıradan çıxması inandırıcı deyil”.

Digər ekspert Ərşad Hüseynov isə ictimai nəqliyyatdakı qiymət artımının taksi və şəxsi maşınlara marağın daha da böyüməsinə təkan verəcəyini bildirib:

“Təbii ki, belə olanada taksilərdən və fərdi avtomobillərdən istifadə artacaq. Küçələrdə fərdi avtomobil və taksi sayının artması isə tıxacların artması və daha sürəkli xarakter alması deməkdir.

Yadınızdadırsa, 2022-ci ilin may ayından proqnozlaşdırırdıq ki, sentyabrdan Bakıda tıxaclar artacaq. Təəssüf ki, belə də oldu. İndi də proqnozlaşdırmaq olar ki, ictimai nəqliyyatla bağlı məsələyə hökümətin yanaşması ciddi dəyişməsə, bu ilin sentyabrında ötən ilkindən daha eybəcər tıxaclara şahidlik etməyimiz realdır”, - deyə Ə.Hüseynov açıqlamasında qeyd edib.




Paylaş:


Müəllif : Tarix:
1-02-2023, 17:15
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər