reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Qaz limitinin ailə büdcəsinə TƏSİRİ: - "Böyük həcmdə qaz ixrac edən bir ölkənin..."

reklam

Qaz limitinin ailə büdcəsinə TƏSİRİ: - "Böyük həcmdə qaz ixrac edən bir ölkənin..."

“Orta statistik azərbaycanlı üçün qaz limiti elə təyin olunmalıdır ki, vətəndaş əlavə xərclə üzləşməsin”.

Bunu qaz limitinin vətəndaşların sosial yaşayışına mümkün təsirlərinə toxunan iqtisadçı Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, israfçılığın qarşısını almaq üçün qaz limitinin tətbiqi vacib olsa da, vətəndaşların sosial və iqtisadi vəziyyətinə uyğun tarifin müəyyən olunması məqsədəuyğundur:

“Qazın limitli olması tamamilə biabırçılıqdır. Böyük həcmdə qaz ixrac edən bir ölkənin öz əhalisinə qazı limitlə verməsi doğru yanaşma deyil. Çünki qaz istehsal olunmayan ölkələrdə belə, vətəndaşlar üçün münbit şərait yaradılıb. Əslində, ölkədə qaz limiti tamamilə götürülməməlidir. Sadəcə olaraq orta təbəqənin vəziyyətinə uyğun olaraq qazın limiti təyin olunmalıdır. Orta statistik azərbaycanlı üçün qaz limiti elə təyin olunmalıdır ki, vətəndaş əlavə xərclə üzləşməsin. Fikrimcə, qazın limiti ikiqat artırılmalıdır”.




Paylaş:


Müəllif : Tarix:
21-02-2023, 17:39
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər