reklam
Regionxeberlericom.az » İqtisadiyyat » 3,2 milyonluq tenderi udan şirkət deyir ki... - "Vergi borcumuz yoxdur, hətta artıq ödəməmiz var"

reklam

3,2 milyonluq tenderi udan şirkət deyir ki... - "Vergi borcumuz yoxdur, hətta artıq ödəməmiz var"


Azərbaycanda 3,2 milyon manatlıq tenderin qalibi - "MƏİŞƏT İST" MMC 70 min manat vergi borcunun olması məsələsinə aydınlıq gətirib.


Şirkətin rəhbəri Nicat Cəfərov bildirib ki, tender keçirilərkən vergi borcu ilə bağlı arayış təqdim edilir. Şirkətin vergi borcu olduğu halda tenderə buraxılmır. Yəni, "MƏİŞƏT İST" MMC-nin tender keçirilərkən hər hansı bir vergi borcu olmayıb: "Tender keçiriləndən sonra bu il 6 min manat vergi öhdəliyi yaranıb, qarşılığında 10 min manat ödəniş etmişik. Hətta 4 min manat artıq ödəməmiz yaranıb".


Nicat Cəfərov bildirib ki, məsələ ilə bağlı Dövlət Vergi Xidməti ilə əlaqə saxlanılıb və onlara 3 iş günü ərzində sistemdə göstərilən borcun silinəcəyi ilə bağlı məlumat verilib.


Qeyd edək ki, "MƏİŞƏT İST" MMC Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsinin 2023-cü il ərzində Bərdə rayon ərazisində bağçaların yemək təchizatı ilə bağlı tenderin qalibi seçilib. //"APA-Economics"//




Paylaş:


Müəllif : Tarix:
21-02-2023, 17:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər