reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Macarıstan Azərbaycandan təbii qazın tədarükünə hazırlaşır

reklam

Macarıstan Azərbaycandan təbii qazın tədarükünə hazırlaşır

















Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

RegionXəbərləricom.az APA-ya istinadla xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.

Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

“Bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparılır. Əlbəttə ki, biz həmçinin Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq”, - deyə Siyarto bildirib.




Paylaş:


Müəllif : Tarix:
30-03-2023, 22:30
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər