reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Gəlirsiz turizm: hara gedirik? - Məmur hərisliyi, boş qalan otellər

reklam

Gəlirsiz turizm: hara gedirik? - Məmur hərisliyi, boş qalan otellər



Azərbaycanda mehmanxana otaqlarının təxminən 80 faizə yaxını boşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycanda mehmanxanaların birdəfəlik tutumundan (yataq yerlərindən) istifadə səviyyəsinin ölkə üzrə orta göstəricisi (doluluq nisbəti) 21,6 faiz təşkil edib.

Bu göstərici Şabranda 48,6 faiz, Naftalanda 47,9 faiz, Bakıda 32,9 faiz, Beyləqanda 30,9 faiz, Qəbələdə 28,2 faiz, Qubada 24,5 faiz, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Avropa doluluq nisbətinə görə ön yerdədir. Ən yüksək nisbəti isə İrlandiya tutur. Belə ki, 2019-cu ilin 1-ci yarısında Avropada ən yüksək doluluğa 76,1% ilə İrlandiya nail olub. İsveçrə isə 199 avro ilə ən yüksək orta otaq qiymətinə çatan ölkə olub. Avropada otellərin ən çox dolu olduğu şəhər Dublindir - 81,5%. Doluluq nisbəti 70,9%-ə çatan Cenevrədə otaq qiyməti 245 avroya qalxıb. Cenevrə otel qiymətlərinə görə Avropanın ən bahalı şəhəridir.

Qonşu ölkə Türkiyə isə doluluq nisbətinə görə Avropadan geridə qalır. Avropada doluluq orta hesabla 69,7%, otaq başına əldə edilən gəlir isə 77,1 avro təşkil edib. İstanbulda doluluq nisbəti 67,2%, Antaliyada 60,3% təşkil edib. İstanbulda otaq başına əldə edilən gəlir 58,4 avroya, Antaliyada isə 40,1 avroya qalxıb. Gündəlik satılan otel otaqlarından əldə edilən gəlir İstanbulda 69,7 avro, Antaliyada isə 64,7 avro olub.

Ekspertlər Azərbaycanda otellərin boş qalma səbəbini xidmət səviyyəsinin aşağı, qiymətlərin isə həddindən artıq yüksək olmasında görür.

İqtisadçı-ekspert Nazim Bəydəmirli “Cümhuriyət”ə açıqlamasında deyib ki, bu məsələnin kökündə məmur sahibkarlığı, inhisarçılıq və qiymətin baha olması durur:

“Otelçilik gəlirli sahədir. Düzdü otel inşasına investisiya yatıran zaman uzun müddətdə qoyulan vəsaitin geri dönəcəyi haqqında iş adamları öz planlarını qururlar. Otellərin dolma əmsalı 50 faizdən çox olursa, demək ki, gəlirlə işləyir. Türkiyə və Gürcüstan kimi dövlətlərdə dolma əmsalı 90 faizin üstündə olur. Hətta elə aylar olur ki, bu rəqəm 100 faizə çatır. Bu, təbii ki, xidmətin səviyyəsindən və otelin qiymətindən daha çox asılıdır. Sərbəstliyin, əyləncə mərkəzlərinin daha çox olması da müəyyən qədər bu məsələdə prioritet təşkil edir. Orta statistik turist ölkəyə mədəni, tarixi abidələrə baxmağa, ölkənin tarixini, mədəniyyətini və ədəbiyyatını öyrənməyə gəlir. Təəssüflər olsun ki, Azərbaycanda dəfələrlə bu mövzuda danışılıb. Amma problem həllini tapmır. Otellərin əksəriyyəti tikildikdə beş ulduzlu və VİP müştərilərə hesablanır. Adətən isə belə otellərin sahibləri heç də məqsəd güdmürlər ki, bu biznesdən, fəaliyyətdən daha çox gəlir əldə etsinlər. Sadəcə “çirkli pul”ların, bəzi mexanizmlərdən toplanan vəsaitlərin “ağardılması” prosesi gedir. Bir sözlə bu məsələdə orta və kiçik sahibkarlıqdan söhbət getmir. Burada yalnız və yalnız maliyyə mexanizmlərinin vasitəsilə büdcə vəsaitlərinin mənimsənilməsi prosesi gedir. O şəxslər də adətən otelin işlənməsinə, oradan gələn gəlilərə möhtac deyillər. Bu baxımdan məsələnin kökündə məmur sahibkarlığı, inhisarçılıq və qiymətin baha olması durur. Bu isə turizm sahəsində Azərbaycanın qonşu ölkələrə uduzmasıdır. Təsadüfi deyil ki, qonşu ölkəmiz olan 3 milyonluq Gürcüstana ildə 8 milyon turist gəlir. Azərbaycanda isə bu rəqəm gülməlidir. Statistik məlumatlara nəzər yetirdikdə görürük ki, gələnlərin çoxu beynəlxalq tədbirlərin keçirilməsinə dəvət olunmuş turistlərdir. Hansılar ki, onların gəlmə və qalma xərcləri Azərbaycan büdcəsindən ödənir. Bu mənzərədən nəticə çıxarmaq lazımdır”.

Ekspertin fikrincə, problemin qismən həlli üçün ölkədə orta və kiçik sahibkarlığa dəstək verilməlidir:

“Daha çox hostel, iki və üç ulduzlu səviyyələrdə otellər tikilməsi və fəaliyyətinə geniş yer verilməlidir. İri həcmdə vəsaitlər qoyularaq geniş şəbəkələrin yaradılmasına isə gərək yoxdur”.


Paylaş:


Müəllif : Tarix:
19-08-2019, 17:16
Sikayət   


loading...
Загрузка...