Azərbaycanda tikinti şirkəti – 2 MİLYON MANAT ZƏRƏR AÇIQLADI
Azərbaycanın tanınmış tikinti quraşdırma şirkətlərindən olan “Conco” QSC 2022-ci il üçün maliyyə hesabatlarını açıqlayıb.
Regionxeberlericom.az FED.az-a istinadla xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəlirləri 21 milyon 85 min manat olub, bu son bir ildə 2 milyon 971 min manat, başqa sözlə 16,4% çoxdur. Şatışın maya dəyəri isə cəmi 21 milyon 43 min manat təşkil edib.
Şirkətin ümumi mənfəəti cəmi 42 min manat olub. Halbuki 2021-ci ildə bu maddədə 1 milyon 113 min manatlıq zərər vardı.
“Conco” QSC-nin inzibati xərcləri 1 milyon 976,5 min manat olub. Bu da illik müqayisədə 474 min manat, yəni 31,6%-lik artım deməkdir.
Beləliklə şirkət 2022-ci ili 1 milyon 934,5 min manatlıq ziyanla başa vurub.
Şirkətin zərəri ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, “Conco” QSC 2021-ci ildə 2 milyon 616 min manata yaxın zərər etmişdi.
“Conco” QSC-nin aktivləri 2022-ci ildə 10 milyon 345,5 min manat olub. Bu rəqəm də 2021-ci ilə nisbətən təxminən 1 milyon 908 min manat, başqa sözlə 22,6% artıb.
Bunun 524 min manatını cəmi uzun müddətli aktivlər, 9 milyon 822 min manatını cəmi qısamüddətli aktivlər təşkil edib.
Şirkətin öhdəlikləri 10 milyon 343,5 min manat təşkil edib ki, bu da illik müqayisədə 1 milyon 908 min manata yaxın, yaxud 26%-ə yaxın artım deməkdir.
Qısamüddətli kreditor borcları 10 milyon min 238 min manat olub, Bu da illik müqayisədə 1 milyon 844 min manatlıq, yaxud 22%-lik artım deməkdir.
“Conco” QSC-nin kapitalında dəyişiklik olmayıb, 2000 manat olaraq qalıb.
Şirkətin nizamnamə kapitalı dəyişməyərək 2000 manat təşkil edib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-07-2023, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB