reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Bu tarixdən mənzillərin qiyməti bahalaşa bilər

reklam

Bu tarixdən mənzillərin qiyməti bahalaşa bilər


Hazırda mənzil bazarında qiymətlərdə stabilləşmə var, lakin bu daha çox mövsümlə əlaqəlidir.

Regionxeberlericom.az bildirir ki, Trend-in apardığı araşdırmaya əsasən, hazırda Bakı ərazisində bir sıra tikilməkdə olan və hazır yaşayış komplekslərində satışda mənzillər təklif olunur. Bir sıra tikinti şirkətləri kampaniyalar keçirir, mənzilləri əvvəlki aylara nisbətən bir qədər yüngül şərtlərlə təklif edirlər. Misal üçün mənzilə olan ilkin ödəniş tələbini bir qədər aşağı salıblar. Əvvəlki aylarda ilkin ödənişi 40 minə qədər olan 2 otaqlı (47-52 kvm) mənzilin ilkin ödənişi hazırda 30-33 min manat təşkil edir. Şirkət nümayəndələri bunu kampaniya olduğunu bildiriblər və xüsusilə də mövsümlə əlaqələndirirər. Kampaniya bitdikdən sonra qiymətlərdə fərq olacağını qeyd ediblər.

Əmlak məsələri üzrə ekspert Ramil Osmanlı məsələ ilə bağlı Trend-ə açıqlamasında qeyd edib ki, hazırda yay mövsümü ilə əlaqədar mənzil bazarında durğunluq var.

"Həmçinin ipoteka kreditlərinin verilməsi ilə bağlı azalmalar var. Bu səbəbdən tikinti şirkətləri mənzil satışı ilə bağlı kampaniyalar keçirirlər. Ancaq bu daha çox mövsümlə əlaqədardır. Payız aylarına doğru aktivlik artacaq", - deyə o əlavə edib.




Paylaş:


Müəllif : Tarix:
10-07-2023, 17:46
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər