reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Naxçıvanda gömrük ödənişləri artıb

reklam

Naxçıvanda gömrük ödənişləri artıb


Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən toplanılmış gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə artıb.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində Naxçıvan Baş Gömrük İdarəsi tərəfindən 41 milyon 650 min manat məbləğində gömrük ödənişləri toplanılıb.


Toplanılmış gömrük ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon 632 min manat və ya 131 faiz artıq olub. 2023-cü ildə müəyyən olunmuş 53 milyon 278 min manat proqnoza qarşı cari ilin birinci yarısı ərzində 36 milyon 22 min manat vəsaitin toplanaraq təyinatı üzrə köçürülməsi təmin olunub.

Bu ilin yanvar-iyun ayları ərzində toplanılmış vəsaitin 5 milyon 628 min manatı Naxçıvan Muxtar Respublikasının büdcəsinə köçürülüb.


Konsiqnasiya yolu ilə ixrac olunan mallardan yaranmış borcun geri qaytarılması istiqamətində həyata keçirlən tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində, ümumilikdə 8 milyon 976 min ABŞ dolları məbləğində borcun 100 faizinin hüquqi və fiziki şəxslərin müvəkkil bankdakı hesablarına köçürülməsi təmin edilib.




Paylaş:


Müəllif : Tarix:
25-07-2023, 16:27
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər