reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Azərbaycanda bir bankın bütün bankomatları fəaliyyətini dondurub

reklam

Azərbaycanda bir bankın bütün bankomatları fəaliyyətini dondurub


“Muğan Bank” ASC-nin ölkə üzrə bütün bankomatları oktyabrın 17-dən etibarən fəaliyyətini dayandırıb.

APA-nın bank müştərilərindən əldə etdiyi məlumata görə, pul vəsaitini hazırda digər banklara aid bankomatlar vasitəsilə nağdlaşdırmaq mümkündür.

Bankdan isə APA-a bildirilib ki, bankomatların fəaliyyətini dayandırması sistem yenilənməsinin aparılması ilə bağlıdır. Qeyd edilib ki, həftə sonundan etibarən bankomatlar yenidən fəaliyyətini bərpa edəcək.

Bankdan, həmçinin əlavə edilib ki, yeni verilən qərarla təminatsız nağd pul kreditinin verilişi dayandırılıb. Kreditlər yalnız lombard krediti, mənzil təminatlı nağd kredit və pensiya krediti şəklində verilir. Mənzil təminatlı nağd kreditlər isə Bakı, Abşeron və Sumqayıtda yerləşən mənzillərə aid edilir.

Qeyd edək ki, 2023-cü ilin III rübü üzrə maliyyə hesabatına əsasən, “Muğan Bank”ın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 139 milyon 687 min manat azalıb. Belə ki, 2023-cü ilin yanvar ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 169 milyon 608 min manat təşkil edibsə, cari ilin oktyabr ayının 1-nə bankın pul vəsaitləri və pul vəsaitlərinin ekvivalentləri 29 milyon 921 min manata kimi azalıb.

Xatırladaq ki, “Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 40%-i Munir Vəliyevə, 33,85%-i Samir Vəliyevə, 16,27%-i Vəfa Vəliyevaya, 9,22%-i Fəridə Mehdiyevaya, 0,66%-i isə Elmir Mehdiyevə məxsusdur.




Paylaş:


Müəllif : Tarix:
18-10-2023, 12:43
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər