Bağlanan bankda əmanətçilərin milyonları batır - NƏ ETMƏLİ?
Hər dəfə hansısa bankın fəaliyyətini dayandırması xəbəri yayılanda əmanətlərin taleyi barədə düşünmək lazım gəlir. Müstəqillik illərində əmanətçilər dəfələrlə buna görə böyük məbləğlər itiriblər. Uzağa getmədən son illəri xatırlamaq olar. Sığortalanmayan əmanətlər nə qədər insanı ziyana saldı.
Regionxeberlericom.az Bizimyol.info-ya istinadla xəbər verir ki, “Muğan Bank” fəaliyyətini dayandırıb. Oktyabrın 1-nə olan məlumata görə, açıq səhmdar cəmiyyətinin depozit portfelinin həcmi 322,5 milyon manat olub. Mərkəzi Bank açıqlamasında bu müddətə bank üzrə sığortalanmış əmanətlərin 216,7 milyon manat təşkil etdiyini bildirib. Depozitlərin 29,4 milyon manatı hüquqi şəxslərə aid olub. Fiziki şəxslərə məxsus 76 milyon manatdan çox vəsaitin taleyi isə qaranlıq qalır. Çünki bu pullar sığortalanmayıb.
Qanunvericiliyə görə, fiziki şəxslərin 100 min manatadək və illik 12 faizədək olan depozitləri sığortalana bilir. Görünür, bir sıra müştərilər banka daha böyük məbləği etibar edib.
Nə qədər qəribə olsa da, Mərkəzi Bankın rəhbəri Taleh Kazımov bir neçə ay əvvəl hər şeyin qaydasında olduğunu demişdi. Sədr onda ölkədə ciddi problemi olan bank görmədiyini bildirmişdi. Həmin iddianın üzərindən heç üç ay keçməyib. Taleh Kazımov iyulda bankların problemləri haqqında danışan müstəqil ekspertləri tənqid etmişdi. İndi özü tənqid hədəfinə çevrilib. Çünki qısa zamanda növbəti bank fəaliyyətini saxlayıb.
Azərbaycanda son 10 ildə bankların sayı iki dəfə azalıb. “Muğan Bank”dan sonra onlardan fəaliyyətini yalnız 23-ü davam etdirəcək. Beş ay əvvəl “Günay Bank” səhnədən getmişdi.
“Muğan Bank”ın niyə bağlanması müəmmalıdır. Mərkəzi Bank açıq səhmdar cəmiyyətinin maliyyə göstəricilərinin tənzimləyici orqanın tələblərinə cavab verməməsini əsas səbəb sayır. Bank güvənli işi təmin etmirmiş, buna görə də bağlanmasına qərar verilib. Halbuki ilin geridə qalan müddəti ərzində ayırdığı kreditlərin həcmi 447 milyon manatı keçib.
Sosial mediada bankların bağlanması çox müzakirə olunur. Qərarı siyasi sayanlar az deyil. Amma Azərbaycanda əsas problem həm də bankların konkret bir məmura, oliqarxa bağlılığıdır. Həmin məmur siyasi müstəvidə axsayanda bank da sıradan çıxır. Son nəticədə əmanətçilər böyük zərbə alır. Sonra da şikayət edirik ki, niyə insanlar pulu yastıq altında saxlayır, depozit qoymaqdan çəkinir. Azərbaycanda gözü çıxmış qardaşdan dərs götürmək məsəli var. İnsanlar onsuz da min bir əziyyətlə pul qazanır. Bir günün içində bütün ömrü ərzində yığdığını itirməyi heç kim istəməz. İndi təsəvvür edin, “Muğan Bank”ın bağlanmasına görə nə qədər əmanətçi müflis vəziyyətinə düşüb. Bank sektoru illərdir müştərilərinin etimadını doğrultmur.
Paylaş:
Müəllif : Yazar
Tarix:21-10-2023, 09:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər