reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Şəhərin ortasında açıq "qara bazar" - Əlində topa pulla gəzib "səyyar" valyuta dəyişənlər kimlərdir?

reklam

Şəhərin ortasında açıq "qara bazar" - Əlində topa pulla gəzib "səyyar" valyuta dəyişənlər kimlərdir?














Paytaxtın mərkəzi küçələrində qeyri-qanuni şəkildə xarici valyuta mübadiləsi ilə məşğul olan şəxslərin sayı artıb. Xüsusilə, 28 may metrostansiyasının çıxışında "açıq bazar" mühitinin çılpaq gözlə görmək olur. Burada valyuta satışı ilə məşğul olan şəxslər olduqca rahat şəkildə öz alverlərini edirlər. Bəs qanunvericilik bu haqda nə deyir? Səyyar şəkildə valyuta mübadiləsi ilə məşğul olan şəxslərin banklara və vətəndaşlara vurduqları zərərlər hansılardır?

Məsələ ilə bağlı bank üzrə iqtisadçı, hüquqşünas Əkrəm Həsənov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.















Əkrəm Həsənov Əkrəm Həsənov

"Bu, faktiki olaraq qara bazardır və əlbəttə ki, qanunsuz fəaliyyətdir. Valyutadəyişmə fəaliyyəti ilə peşəkar olaraq yalnız banklar və buna icazəsi olan valyutadəyişmə məntəqələri məşğul ola bilər. Ancaq bu da o demək deyil ki, kimsə hər hansı bir yaxınının, tanışının köməkliyi ilə əlindəki valyutanı dəyişə bilməz. Məsələn, sizin əlinizdə valyuta var və biz tanışıq, mən də sizin valyutanı alıram. Bu yerdə heç bir problem yoxdur. Tanışlar, qohumlar, yəni bir-birini tanıyan insanlar öz aralarında mübadilə edə bilərlər. Bu, peşəkar fəaliyyət hesab olunmur, yəni bu işi davamlı etmirsiniz. Amma indi baş verən bu qanunsuz valyutadəyişmə fəaliyyəti ilə dövlətin özü məşğul olmalıdır. Dəyən zərərlərdən biri odur ki, öncəliklə vətəndaşı aldadıb, ona saxta pul verə bilərlər. İkinci bir zərər də ondan ibarətdir ki, bu qara bazar dövlətin valyuta ehtiyatlarını nəzarətsiz qoymasına şərait yaradır. Yəni uçot və iqtisadi təhlillər zamanı dövlətin valyuta siyasətinə mənfi təsir edir. Eyni zamanda bu fəaliyyətlə məşğul olan şəxslər heç bir vergi vermir, vergi məsuliyyətindən yayınırlar" - deyə, Əkrəm Həsənov bildirib.

Bəs vətəndaşları valyuta alverçilərinin "qapı"sına salan, onları bu şəxslərdən pul almağa vadar edən hansı səbəblərdir? Nəyə görə vətəndaşlar qanuni valyutadəyişmə məntəqələrini, bankları yox, məhz bu valyuta alverçilərini seçir, onlara üz tutur?

Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Bizimyol.info xəbər portalının bu sualına aydınlıq gətirib.














Natiq Cəfərli Natiq Cəfərli

"Azərbaycanda hələ 1990-cı illərdə belə bir mənzərənin şahidi olurduq ki, küçələrdə, nəzərdə tutulmamış məkanlarda valyuta dəyişilməsi həyata keçirilirdi və uzun müddət idi ki, bu fəaliyyət yox idi. İndi bəzi hallarda, xüsusilə şənbə-bazar günləri valyutadəyişmə məntəqələləri və banklar işləmədiyinə görə, bəzən də gec saatlarda təcili valyuta dəyişməsinə ehtiyac duyulduğuna görə problemlər yaşanır və ciddi tələbat yaranır. Belə tələbatlar da yaranan kimi, daha doğrusu buna ehtiyac yaranan kimi bəzi hallarda şəhərin müxtəlif yerlərində bu mənzərəni - qeyri-qanuni valyuta satışının keçirildiyini müşahidə edirik. Buna nəzarət edən banklar təbii ki, Mərkəzi Bankın lisenziyası olmadan valyutadəyişmə əməliyyatını hətyata keçirə bilməzlər. Sadəcə Mərkəzi Bankın nəzarətedici funksiyası yoxdur. Yəni hər hansı bir cəzalandırıcı funksiyası yoxdur. Ona görə də bu məsələ ilə bağlı ölkə qanunvericiliyinə görə hətta polis, hüquq-mühafizə orqanları belə bu işə müdaxilə edə bilərlər. Qeyri-qanuni satış həyata keçirərkən bununla bağlı saxlanılma halı, yaxud da protokollaşdırmanı həyata keçirə bilərlər. Çünki Mərkəzi Bank lisenziya versə də, az öncə qeyd etdiyimiz kimi nəzarətedici funksiyası yoxdur ki, məsələn, inspektorlar gedib küçələrdə nəzarət həyata keçirərək, bununla bağlı hər hansı bir qanun pozuntusu aşkarlasınlar. Bu məsələ ilə əlaqədar tədbirlər hələ də hüquq-mühafizə orqanlarının üzərinə düşür. Onların müvafiq dərəcədə imkanları və ya qanunla icazə verilən fürsətləri var ki, həmin qanundan istifadə edərək, bu fəaliyyətin qarşısını ala bilərlər".

Məsələ ilə əlaqədar DİN -in məbuat xidmətindən Anar Qafarov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qeyd olunan ərazidə hansısa valyutadəyişmə məntəqəsinin nümayəndəsi olub. Fəaliyyəti təşviq etmək və müştəri cəlbetmə məqsədilə orada olması müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyri-qanuni fəaliyyətin qarşısı alınıb və müvafiq tədbir görülüb.


 Bizimyol.info




Paylaş:


Müəllif : Tarix:
31-10-2023, 11:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər