Dövlət büdcəsindən ayrılan pullar "hara" gedir bilinmir... - qurumların iş üslubu da müəmmadır...
Dövlət qurumları mümkün qədər çalışır ki, hesabat məsələlərində şəffaf davranmasın. Yəni ictimaiyyətə maksimum dərəcədə az məlumat ötürmək məqsədi hiss olunur. Bakı Metropoliteni deyir ki, bir sərnişinin daşınması 68 qəpiyə başa gəlir. Amma baxırsan, iki ildir ictimaiyyətə düz-əməlli məlumat verilmir. Bilmək olmur ki, gəlir, büdcədən ayrılan vəsait hara gedir. Uşaq bağçalarında ərzaq xərcləri azaldılır. Elm və Təhsil Nazirliyi dəqiq statistika təqdim etmir. Uzun müddətdir median əməkhaqqı ilə bağlı məlumat açıqlanmır. Az qala hər qurum bu cür işləyir.
Bizimyol.info xəbər verir ki, Sosial Müdafiə Fondu da belə fəaliyyət nümunəsi ortaya qoyur. Fond cəmiyyətə açıq olmamağa çalışır. Statistika verilir, amma araşdıranda dəqiqlik çatmadığı görünür. İqtisadçı Rövşən Ağayev bu barədə yazıb, yaxşı təhlil ortaya qoyub.
Sosial Müdafiə Fondu gəlirlər hissəsində bölgü aparanda dövlət və özəl sektordan yığımları ayrıca göstərmir. Halbuki məhz bu cür ifadə olunmalıdır. Əvəzində “büdcə” və “qeyri-büdcə” bölgüləri aparılır. Çünki dövlət və özəl sektorların hər biri üzrə ayrıcı ödəmələr təqdim edilsə, fondun gəlirlərinin 75 faizinin dövlət sektorunda formalaşdığı məlum olacaq. “Qeyri-büdcə” ifadəsi isə həm dövlət, həm də özəl şirkətləri əhatə edir.
Rövşən Ağayev yazır: “Soruşa bilərsiniz ki, əgər şəffaflıq yoxdursa, özəl sektorun fondun gəlirlərində ən yaxşı halda 20-25 faiz paya malik olması ilə bağlı rəqəm hardan götürülür. Bu rəqəmi dolayı hesablamalar əsasında ortaya çıxarmışıq. Dövlət büdcəsinə büdcə təşkilatları və dövlət müəssisələri (publik hüquqi şəxslər və səhmlərinin (paylarının) 51 faizindən çoxu dövlətə məxsus olan) büdcəyə muzdlu işə görə təxminən eyni məbləğdə gəlir vergisi ödəyirlər. Məsələn, 2022-ci ildə büdcə təşkilatları 487,6 mln. manat, dövlət müəssisələri isə 423,4 mln. manat (büdcə təşkilatlarının 87 faizi qədər) gəlir vergisi ödəyibdlər. Bu nisbətdən çıxış etsək, deməli 2022-ci ildə büdcə təşkilatları Sosial Fonda 1,676 mlrd. manat ödəyibsə, dövlət müəssisə və şirkətlərinin də ödənişi bu məbləğin 87 faizi qədər götürüldükdə, 1,458 mlrd. manat sosial ödəmə etdikləri aydın görünür”.
Sosial Müdafiə Fondu müxtəlif istiqamətlərdə şəffaflıqdan yayınır. Məsələn, ödəmələrlə bağlı rəqəmləri görmək olur, amma pensiya növləri üzrə xərclər ayrıca göstərilmir. Niyə? Çünki cəmiyyətin hər şeyi bilməsini istəmirlər. Az qala bütün dövlət qurumlarında məsələyə belə yanaşırlar.
Aytən, Bizimyol.info
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2023, 11:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər