reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Mikro sahibkarlar üçün ağır şərt: Ya 3 işçi, ya da 20 faiz vergi...

reklam

Mikro sahibkarlar üçün ağır şərt: Ya 3 işçi, ya da 20 faiz vergi...















2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinə mühüm dəyişiklik edilib. Dəyişikliyə əsasən, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə yüksəlib. 

Statistika Komitəsinin 2022-ci ilin rəsmi məlumatına görə, Azərbaycanda sahibkarlıq və mikro sahibkarlıq subyektlərinin sayı 335 min 306-dır. Yeni dəyişikliyə kimi, bu sahibkarların gəlirlərinin 75 faizi vergidən azad idi. Bu ildən etibarən bu güzəşt ən azı 3 işçisi olan sahibkarlara aid ediləcək. Mikro sahibkarların əksər hissəsi isə bu yeni dəyişikliklə qətiyyən razılaşmır. Bu qəbildən olan bir çox sahibkarın fikrincə, onların iş strukturu və gəlir sistemi 3 işçi saxlamağa imkan vermir. 

Mövzu ilə bağlı Yenisabah.az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov Vergi Məcəlləsinə olan bu yeni dəyişikliyin yaradacağı problemlərdən danışıb:

“Məncə Vergi Məcəlləsinə bu dəyişikliyi daxil edənlər əhaliylə məzələniblər. Mikro sahibkarlar adından da göründüyü kimi, əksər hallarda işçisi olmayan və ya ən yaxşı halda 1-2 işçisi olan şəxslərdir. 

Aydın məsələdir ki, bu tip sahibkarların çoxuna bu qədər işçi saxlamağa ehtiyac da yoxdur. Bu dəyişiklik ondan xəbər verir ki, güzəştlər demək olar ki, heç bir mikro sahibkara şamil olunmayacaq. Burada əsas məqsəd də elə budur. Düşünürəm ki, bu dəyişiklik Azərbaycandakı mikrosahibkarlığın axırına çıxacaq. Faktiki olaraq, bu yalnız ölkədəki iri və inhisarçı biznesin mənafeyinə uyğundur”.

Millət vəkili Vüqar Bayramov yeni dəyişikliyi şərh edərkən yaxın gələcəkdə bu istiqamətdə güzəştlərin təkmilləşdirilə biləcəyini deyib:

“Mikro sahibkarlarla bağlı güzəşt mexanizmi dəyişib. Nəzərə alsaq ki, əvvəlki dövrdə, yəni 2024-cü ilin yanvar ayının 1-nədək mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin 75 faiz güzəşti vardı və onlar gəlirlərindən bütövlükdə verginin sadəcə 25 faizini ödəyirdilər. 

Yeni qaydalara əsasən bu mexanizm dəyişib, yeni mexanizmə əsasən, əgər fiziki şəxs olan mikrosahibkarın 3 və daha artıq işçisi olarsa, yenə də 75 faiz güzəştdən istifadə edəcək. 

Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklər müzakirə edilən zaman bizim təkliflərimizdən biri də keçid dövründə müəyyən məbləğ intervalının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu istiqamətdə 20-30 minlik bir intervalın tətbiqi məsələləri də müzakirə olundu. Amma sonda bu güzəştlərin iş yeri yaradan sahibkarlar üçün nəzərə alınması və şamil olunması qərarlaşdırıldı. 

Bizim təklifimiz ondan ibarətdir ki, ümumiyyətlə bu istiqamətdə vergi mexanizminin növbəti dövrlərdə təkmilləşdirilməsinin həyata keçirilməsi məqsədəuyğun olardı. Ümumiyyətlə, bu vergi həm mikro sahibkarlar üçün və bütövlükdə vergi güzəştlərinə yanaşmanın dəyişməsi və xüsusən yeni bir vergi güzəştləri mexanizminin hazırlanması, bunun istehlakla əlaqələndirilməsi daha yaxşı olardı. 

Düşünürəm ki, bu istiqamətdə də müzakirələr davam edəcək. Bu kontekstdən biz mikro sahibkarlar üçün güzəşt mexanizminin təkmilləşdirilməsi və gələcəkdə bütövlükdə güzəştlərin fəlsəfəsinin yeniləşdirilməsi və yeni mexanizmin tətbiqini təklif edirik”.




Paylaş:


Müəllif : Tarix:
11-01-2024, 15:08
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər