reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Lənkəranda şirkət ləğv olunur - ƏMLAKI BÖLÜŞDÜRÜLƏCƏK

reklam

Lənkəranda şirkət ləğv olunur - ƏMLAKI BÖLÜŞDÜRÜLƏCƏK


2024-cü il mart ayının 14-də saat 12-00-da “Lənkəran Cihazqayırma” ASC-nin (VÖEN: 2600096491) səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Regionxeberlericom.az FED.az-a istinadən xəbər verir ki, yığıncaq Lənkəran rayonu, Lənkəran şəhəri, S.Bayramov küçəsi 10 (inzibatı bina) ünvanında keçiriləcək.


Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1.Cəmiyyətin ləğv edilməsi ilə əlaqədar görülən işlər haqqında Ləğvetmə komissiyasının hesabatı. Ləğvetmə balansının təsdiqi.


2. Cəmiyyətin AZ1001004808 nömrəsi ilə dövlət qeydiyyatına alınmış 65104 ədəd adi, sənədsiz, adlı səhminin dövriyyədən çıxarılması.


3.Cəmiyyətin qalıq əmlakının iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatın təsdiqi.


4.Qalıq əmlakın iştirakçılar arasında bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabata uyğun olaraq Cəmiyyətin əmlakının iştirakçıların payına mütənasib şəkildə bölünməsi, bölünən əmlakın natura və ya pul formasında ödənilməsi qaydasının, təhvil-təslim aktlarının təsdiqi.


5. Ləğvetmə komissiyasının sədrinə səlahiyyətlərin verilməsi.


6.Digər məsələlər. Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.


Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.




Paylaş:


Müəllif : Tarix:
29-01-2024, 17:29
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər