reklam
Regionxeberlericom.az » İqtisadiyyat » “Fitch”in Azərbaycan üçün inflyasiya - Proqnozu

reklam

“Fitch”in Azərbaycan üçün inflyasiya - Proqnozu

















“Bu il Azərbaycanda inflyasiya 4,5 %-ə qədər azalacaq”.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq təşkilatının hesabatında qeyd edilib.

“Ötən il Azərbaycanda orta inflyasiya əsas ticarət tərəfdaşlarına nisbətən güclü manat və aşağı beynəlxalq ərzaq qiymətləri sayəsində  9 %-ə enib. Biz onun 2024-cü ildə 4,5 %-ə qədər azalacağını proqnozlaşdırırıq ki, bu da proqnozlaşdırılan 4 % “BB” mediandan bir qədər yuxarıdır. İllik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonuna (4%±2) daxil olduğu üçün Mərkəzi Bank noyabr ayından etibarən əsas siyasət faizini 1,25 bənd azalaraq 7,75 %-ə endirib”, - deyə təşkilatın məlumatında bildirilib.

“Fitch”ə görə, inflyasiyanın səviyyəsi yumşaldılmanın tempi və miqyasından, yüksək əmtəə qiymətləri və tələb tərəfi təzyiqləri ilə bağlı risklərdən, maaşların güclü artımı və dövlət xərclərinin icrasından asılı olacaq.




Paylaş:


Müəllif : Tarix:
17-02-2024, 11:57
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər