Bankların faiz oyunu: - Kreditə çox, əmanətə…
Milli valyutada olan əmanətlərin yerlədirilməsi ilə bağlı mövzu bütün dövrlərdə öz aktuallığını qoruyur.
Hazırda Azərbaycanda fəaliyyət göstərən bankların əhalidən cəlb olunan manatla olan əmanətlər üzrə faiz dərəcələri aşağıdır. Demək olar ki, əmanətçinin sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyi bank yoxdur. Qeyd edək ki, uzunmüddətli və qısamüddətli dövr üçün banklara yerləşdirilmiş əmanətlərin faiz dərəcələri arasında böyük fərq var.
Ekspertlər bunun səbəbini Azərbaycanda qiymətli kağızlar və pul bazarlarının olmaması ilə əlaqələndirir.
İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında, depozitlərin faiz dərəcəsinin artım tempinin ölkədəki inflyasiyanın həddindən asılı olduğunu deyib:
“Paralel olaraq Mərkəzi Bankın uçot dərəcəsi və milli valyutaya olan devalvasiya təzyiqi depozitlərin faiz dərəcəsinin artım tempini müəyyən edir. Əgər bir ölkədə yerli valyutanın xarici valyutalar qarşılığında devalvasiya, o cümlədən inflyasiya təzyiqi varsa və ölkənin mərkəzi bankı uçot faiz dərəcəsi buna görə artırılırsa, bu zaman banklar da depozit faizlərini artırır. 2015-ci ildə baş vermiş devalvasiyadan sonra uçot faiz dərəcəsinin 15 faizə (hazırda 8.25 faizə düşüb) qədər artmasının şahidi olduq. Nəticədə müddətdən asılı olaraq bankların depozit faizləri 15-16 faiz ətrafında artdı”.
Analitik bildirib ki, neftin qiyməti planlaşdırıldığı kimi 60 dollar ətrafındadır:
“Hazırda milli valyutaya qarşı nə bir təzyiq var, nə də ciddi ucuzlaşma ehtimalı. Ölkədə inflyasiya 2.7 faiz həcmindədir, uçot faiz dərəcələri 8.25 faizdir və aşağı düşmə ehtimalı var. Yəni Mərkəzi Bank tərəfindən uçot faiz dərəcələrinin artırılma mümkünlüyü yoxdur. Bütün bunlar bank sistemində yerli valyutada olan depozitlərin faiz dərəcəsinin aşağı düşməsini şərtləndirir və labüd edir. Ölkədə rəsmən 2.7 faizlik inflyasiya var, buna görə banklar depozit faizlərini aşağı çəkməyə başlayıb. Bankların əsas maliyyələşmə mənbəyi olan depozitlərin maya dəyəri aşağı düşdükcə nəticədə kreditlərin də faiz dərəcəsi aşağı düşmüş olur. Əgər biz banklardan yüksək faiz dərəcəli depozit istəyiriksə, o zaman aşağı faiz dərəcəli kredit tələb etməyimiz də məntiqsiz olur. Hazırda depozitlərin faiz dərəcəsinin aşağı düşməsi təbiidir”.
Elman Sadıqov onu da qeyd edib ki, Azərbaycanda uzunmüddətli depozitlərlə qısamüddətli depozit faizləri arasında böyük fərq var:
“Bu fərq inkişaf etmiş Avropa ölkələrində o qədər də böyük deyil. Bunun da əsas səbəbi onunla bağlıdır ki, Azərbaycan bankları aktivində olan vəsaitləri qısamüddətli dəyərləndirmə imkanına malik deyillər. Tutaq ki, Avropada olan hər hansı bir bank aktivində olan vəsaiti 24 və ya 48 saat dövr etdirə bilir, pul bazarları var və orada müxtəlif repo əməliyyatları aparır, qısamüddətli kreditlər verə bilir və sair. Yəni, pullar qısa müddət də olsa, boş dayanmır. Bu səbəbdən lazım olduqda qısamüddətli dövrdə depozitləri cəlb edirlər. Təəssüf ki, Azərbaycanda nə qiymətli kağızlar, nə də pul bazarı var. Bu bazarlar əmanətçilərə öz pullarını həmin bazarlara təqdim edib dövr etdirmək imkanı verir. Bu səbəbdən Azərbaycanda 1-2 aylıq depozit gəliri o qədər də sərfəli deyil. Hazırda qısamüddətli depozit faizləri qat-qat aşağıdır, nəinki 1-2 illik. Adətən, banklar cəlb etdikləri depozitləri kreditlərdə yerləşdirilər. Kreditlər də 1-2 illik verilir, bu səbəbdən də illik depozit faizləri daha sərfəlidir, nəinki 1-2 aylıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-09-2019, 17:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-09-2019, 17:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09