Pambığın ixrac qiyməti 3,1 manatdan 2,5 manata düşüb

Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrə ümumi dəyəri 10 milyon 583,4 min dollar olan 7 min 125,6 ton pambıq lifi satıb.
Açıqlanan rəsmi məlumatlara istinadən aparılan hesablama göstərir ki, xaricə satılan pambıq lifinin 1 kiloqramının orta gömrük dəyəri 1,5 dollar (2,5 manat) olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə ixrac edilən pambıq lifinin miqdarı bu ilin yanvar ayındakından 1 248,6 ton az olub. İxrac olunan pambıq lifinin dəyəri isə ötən ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında 4 milyon 956,4 min dollar az olub.
Eyni zamanda xaricə satılan pambıq lifinin 1 kiloqramının orta gömrük dəyəri də ötən ilin yanvar ayı ilə müqayisədə aşağı düşüb. Belə ki, 2023-cü ilin yanvar ayında xaricə satılan pambıq lifinin 1 kiloqramının orta gömrük dəyəri 1,85 dollar (3,1 manat) olub.
Məlumat üçün bildirək ki, 2017-ci ildə Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının 6.3-cü bəndində açıq şəkildə qeyd olunurdu ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil edəcək.
Göründüyü kimi, 2022-ci il artıq başa çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə sahələrdən 321,8 min ton pambıq yığılıb. Bu isə o deməkdir ki, yığılan pambıq hədəfin 2/3-nə belə çatmayıb.
Qeyd edək ki, pambıq istehsalı və buna bağlı olaraq da ixracda qeydə alınan azalmaların əsas səbəbi kimi ölkə daxilində pambığın alış qiymətinin aşağı olması göstərilir. Məsələn, 2022-ci ildə 1 kq pambıq xaricə 2,26 dollara satılsa da, fermerlərdən cəmi 0,41 dollara alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:20-02-2024, 18:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır