reklam
Regionxeberlericom.az » İqtisadiyyat » Toyuq əti bahalaşıb? – AÇIQLAMA

reklam

Toyuq əti bahalaşıb? – AÇIQLAMA


















Son günlər toyuq ətinin qiymətində müəyyən dəyişiklik hiss olunur. Bəzi marketlərdə həm toyuq, həm də toyuğun ayrı-ayrı hissələrinin qiymətində 10-15 qəpik bahalaşma qeydə alınıb. 

Məsələyə münasibət bildirən Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli Bizim.Media-ya bildirib ki, toyuq ətinin bahalaşdığını görmürük:

“Monitorinqlərimizin nəticəsi olaraq deyə bilərəm ki, təzə kəsilmiş toyuğun bir kiloqramının qiyməti 4 manat 70 qəpikdir. Bir il əvvəl də qiymət eynən bu cür idi. Yəni son 1 ildə toyuq ətinin qiyməti istehsalçılar tərəfindən qaldırılmayıb.

Gəzən xəbərlərdən sonra mən bir daha istehsalçı şirkətlərlə əlaqə saxladım. “Siyəzənbroyler”, “Mərcan”, “Səba” və digər istehsalçılar bildirdilər ki, heç bir qiymət artımı yoxdur. Əminliklə deyə bilərəm ki, yaxın gələcəkdə də bu sahədə qiymət artımı gözlənilmir. Ancaq toyuq yeminin qiyməti qalxarsa, onda istehsalçılar da müəyyən qiymət dəyişikliyinə gedə bilərlər”.

Mürvət Həsənli əlavə edib ki, qış aylarında bir qayda olaraq toyuq ətinə tələbat artır və istehsal da bir qədər zəifləyir:

“Bu halda isə dondurulmuş yox, diri halda satılan toyuqların qiymətinə müəyyən təsir göstərir. Bu sahədə cüzi də olsa qiymət artımı var. Təxminən 20 qəpik artım müşahidə edirik. Amma dondurulmuş toyuq ətinin qiymətində artım yoxdur. 

Nəzərə alaq ki, son illər toyuq ətinə tələbat artıb. Hazırda ölkə üzrə ildə 310-320 min ton ət istehlak edilir ki, bunun da 170 min tonu toyuq ətidir. Halbuki, əvvəllər illik toyuq əti istehlakı cəmi 140 min ton idi. Artan tələbat istehsalçı şirkətlər tərəfindən vaxtlı-vaxtında ödənilir”.





Paylaş:


Müəllif : Tarix:
22-02-2024, 09:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər