reklam
Regionxeberlericom.az » İqtisadiyyat » ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya elan etdi - Navalnıya görə

reklam

ABŞ Rusiyaya qarşı 500-dən çox sanksiya elan etdi - Navalnıya görə


ABŞ Prezidenti Co Bayden ölkəsinin Rusiyaya qarşı 500-dən çox sanksiya tətbiq edəcəyini açıqlayıb.

Bu barədə Ağ Evin saytında Co Baydenin adından yerləşdirilən məlumatda deyilir. 

Məlumata görə, sanksiyalar rusiyalı siyasətçi Aleksey Navalnının ölümü və Ukraynadakı hadisələrə görə tətbiq edilib.

“Bu gün mən Ukraynadakı müharibə və Aleksey Navalnının ölümünə görə Rusiyaya qarşı 500-dən çox yeni sanksiyaları elan edirəm. Bu sanksiyalar Navalnının həbsi ilə əlaqəli şəxslərə, eləcə də Rusiyanın maliyyə sahəsinə, müdafiə sənayesi bazasına, alış şəbəkələrinə və bir çox qitələrdə sanksiyalardan yayınan şəxslərə şamil ediləcək”, - deyə ABŞ lideri qeyd edib. 

Yeni sanksiyalar çərçivəsində, həmçinin ABŞ Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirləri azaltmaq üçün addımlar atacaq. 

Bildirilir ki, ABŞ Rusiyaya dəstəyinə görə 100 şirkətə qarşı ixrac məhdudiyyətləri də tətbiq edəcək.





Paylaş:


Müəllif : Tarix:
23-02-2024, 16:23
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər