reklam
Regionxeberlericom.az » Köşə » Lerikdə kəsilən NƏFƏSİMİZ... - ŞOK FAKTLAR AÇIQLANDI...

reklam

Lerikdə kəsilən NƏFƏSİMİZ... - ŞOK FAKTLAR AÇIQLANDI...


Cənub bölgəsində meşələrin qənimi, 30 ildir ki, meşələrin qırılaraq satılması müqabilində imkan sahibi olan, İltifat Hüseynov haqqında yeni faktlar daxil olub. Məlumdur ki, İltifat Hüseynov ətrafında cəmləşmiş adamları maliyyələşdirir və onlar da meşələrdən materıalları qıraraq İltifat Hüseynova məxsus olan"Ural"markalı yük avtomobili ilə meşədən çıxararaq Bakıya və sair yerlərə satmağa aparırlar.
İltifat Hüseynov bu illər ərzində dəfələrlə ekologiya və təbii sərvətlər nazirliyinin məsul şəxslərini aldada bilmiş və onları öz yalanlarına inandıra bilmişdir.
Belə ki, İltifat Hüseynov öz qırdığı ərazilərdən hazırladığı video və fotoları həm qeyd olunan nazirliyə, həm də medya qurumlarına göndərir və nəticədə bütün günahlar yerli ekologiya idarəsi və meşə təsərrüfatı mərkəzinin əməkdaşlarının boynunda qalırdı. Bir sözlə İltifat Hüseynov öz yalanlarına hamını inandıra bilmişdir. Ancaq bu gün bu oyunlar deyəsən başa çatmaq üzrədir.
Mənbə qeyd edir ki, Lerik meşələrində yanğına səbəb İltifat Hüseynovun adamlarıdır. Bununla onlar doğradıqları ərazidə izi itirmək istəyirlər. Bundan əlavə İltifat Hüseynov baş verənlərdə ekologiya nazirliyinin məxfi şöbəsinin rəisi Elman Qurbanovun, nazirliyin meşələrin mühafizəsi departamenti xidmətinin rəisi Namik Xıdırovun, nazir müavini Vüqar Kərimov Və sair şəxslərin adlarını çəkmək yolu ilə,həm aranı qatmaq, həm də diqqətdən kənarda qalmaq istəyir.
Təsəvvür edin ki, adam ilə 1998-ci ildən sürücü kimi işləyən şəxs deyir ki, Masallıdan, Lənkərandan, Lerikdən meşə materiallarını Bakıya Binəqədi yolunun üstündə yerləşən Elcan adlı şəxsin obyektinə aparırmış. Elcan Süleymanov Sumqayıt magistral yolunun sabiq komandiri, dövlət yol polisi idarəsinin əməkdaşı Süleyman Süleymanovun qardaşı oğludur. İndi sizə təqdim edəcəyimiz videoda adam hər şey barəsində danışıb. Bu da İltifat Hüseynov haqqında real vəziyyəti əks etdirir. Elə isə əlaqədar qurumlar niyə susur? Adam hökumət mövqeyindən sui-istifadə edərək meşələri doğrayır,sonra bunu başqalarının adına çıxır, rəsmi qurumlara qara yaxır, Nəticədə isə sudan quru çıxır. Ya doğurdan da bu adam adını çəkdiyi şəxslərlə əlbirdir, ya da ki, arxasında hansısa böyük qüvvə dayanır.Hazırda adamın ən böyük hücumu Elman Qurbanovun, Namik Xıdırovun və Eyvaz Babayevin üzərinə yönəlib. Ancaq deyəsən atamanlığın Sonu çatıb.

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. //azinfo.tv//





Paylaş:


Müəllif : Tarix:
2-09-2021, 08:27
Sikayət   


loading...
Загрузка...