“Onların milli hissləri zəifdir” – Dilimizi bərbad günə qoyan şou əhli ilə bağlı sərt sözlər
Bu gün Azərbaycanda sənət adamlarının həm nitqində, həm də yazısında ədəbi dil normasının pozulmasına tez-tez şahid oluruq. Məşhurların müəyyən səhvlərlə dolu yazıları çətin və gec anlaşılır. Maraqlısı budur ki, onlar arasında xalq artisti, əməkdar artist adını alanlar və televiziya aparıcıları da var. Bəzən onlar sosial şəbəkələrdə Azərbaycan dilində elə bərbad yazırlar ki, həmin mətndən heç nə anlamaq olmur.
Bəs incəsəntələ məşğul olan bu şəxslərin ana dilimizi bu gündə təbliğ etməsi düzgündürmü? Böyük kütlələrin, xüsusilə də gənc nəslin izlədiyi, hörmət göstərdiyi sənətçilərimiz ana dilinə necə yanaşmalıdır?
Məsələ ilə bağlı Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylu və Dilçilik İnstitutu "Terminologiya" şöbəsinin müdiri Sayalı Sadıqova ilə əlaqə saxladıq. Açıqlama verən M. Nağısoylu bunu həmin şəxslərdə milli hisslərin zəif olması ilə əlaqələndirib və sərt fikirlər səslədirib:
“Bununla bağlı “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun var. 30 sentyabr 2002-ci ildə müzakirəyə çıxarılan bu qanun 2003-cü ilin 2 yanvar tarixində təsdiq olunub. Qanunda bu məsələlərin hamısı haqqında bilgilər verilib. Ana dili dövlət atributlarından biridir. Yəni, necə ki, biz bayrağımıza sayğı, sevgi ilə yanaşırıq, dilə də elə yanaşmalıyıq. Dil xalqın varlığıdır, kimliyidir. Mən düşünürəm ki, dil həm də birbaşa millilik ilə bağlıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Məncə, kimsə bizim dilimizə ehtiramsızlıq göstərirsə, deməli həmin adamda milli hisslər zəifdir. Bu, dilə qarşı hörmətsizlikdir. Ən azı yazı yazanda fikirləşmək lazımdır ki, bu dilə qarşı hörmətsizlikdir”.
Sayalı Sadıqova da dilimizin bu cür təqdim olunmasının doğru olmadığını bildirib:
“Əgər insanın intellekti yüksəkdirsə, onda səhvlər olmayacaq. Əgər intellekt səviyyəsi aşağıdırsa və ya orta məktəb, ali məktəb biliklərindən istifadə etmirsə, yazdığı cümlə də elə olacaq. Bu cür halları maarifləndirmə sayəsində aradan qaldırmaq olar. Başqa cür ola bilməz”.
Əsmətxanım
Paylaş:
Müəllif : Redaktor
Tarix:30-09-2019, 14:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:30-09-2019, 14:41
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07