Aygün Bəylərin bacıları mirası bölə bilmir
Mərhum Aygün Bəylərin bacısı Zümrüd Hümbətova qohumlar arasındakı münasibətlərin gərginliyindən danışıb.
RegionXəbərləricom.az medianews.az-a istinadla xəbər verir ki, o, Əməkdar artistin il mərasiminin Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında təşkil ediləcəyini bildirib. Lakin özünün mərasimdə iştirak etməyəcəyini deyib:
“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir”.
Zümrüd Hümbətova, xüsusilə, bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib:
“Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, onun da malını-mülkünü satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə, onu da edir. Məni hər şeydən uzaqlaşdırdılar. Halbuki Aygün Cananı mənə etibar etmişdi. İndi kənara çəkilmişəm. Kim nə istəyir, onu da edir. Aygün sağ olsaydı, hər şey başqa cür olardı. Amma indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar”.
Z. Hümbətova Aygünün qızı Cananın vəziyyətindən də bəhs edib:
“Canan Aynur xalasının yanındadır. Amma qızımın yaşadığı mühit və gördükləri Aygünün istədiyi kimi deyil. Heç kim maraqlanmır. Hərə özü üçün çalışır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-01-2025, 17:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər