“Nəyə görə Əməkdar artist olurlar?” - Baloğlan Əşrəfovdan sərt sözlər
Əməkdar artist Baloğlan Əşrəfov indiki müğənnilərin asanlıqla fəxri ad almasından gileylənib.
Tanınmış müğənni bu barədə “Yeni Sabah”a danışıb. 12 ildir ki, Əməkdar artist adını daşıyan sənətçi son vaxtlar yaranan durumla heç cür razılaşmadığını deyib:
“Mən elə bir yaşdayam ki, çoxdan şöhrət ordeni almalı vaxtımdır. Bunun səbəblərini araşdırmaq lazımdır. Bəzən olur ki, 3 il müğənnilik edənlər fəxri adlar alırlar. Bunların səbəbləri tapılmalıdır. Görün nələr baş verir, Azərbaycanın qiymətləndirilən müğənniləri ki, var adlar alırlar...
Əməkdar sözü Sovet hökumətinin vaxtında idi. O vaxt pambıq yığımına gedirdik, kənd təsərrüfatı işçilərinin qarşısında, fermada oxuyurduq. Gedirdik tarlalarda çalıb-oxuyurduq, cəbhə bölgələrinə gedirdik. Əmək sərf edirdik və “Əməkdar artist” adını alırdıq, olurduq Əməkdar artist. İndi nəyə görə Əməkdar artist olurlar? İki mahnını səsyazma studiyasında yazdırdığı üçün? Bunun axırı nədir? Biri 30, 40, 50 il oxuyur heç bir fəxri adı ala bilmir, amma biri çıxır 2 il ərzində heç lazım olmayan adlara yiyələnir”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:18-10-2019, 13:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:18-10-2019, 13:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24