“Mədəniyyət Nazirliyi Azərbaycan kinosunun inkişafında maraqlı deyil”
“Ölkə.Az” Cəlil Cavanşirin təqdimatında “Sənət və söhbət” layihəsini təqdim edir. Layihə çərçivəsində Cəlil Cavanşirin müxtəlif incəsənət və ədəbiyyat adamları, tanınmış simalar ilə söhbətləri, kitablar, filmlər, teatr tamaşaları haqqında müəllif yazıları təqdim olunacaq. Hər cümə görüşünüzə gələcək layihənin məqsədi Azərbaycan incəsənətinin və ədəbiyyatının mövcud mənzərəsi ilə oxucunu tanış etməkdir.
İlk qonağımız Azərbaycanı beynəlxalq kinofestivallarda təmsil edən gənc rejissor Elvin Adıgözəldir.
Onu təqdim etməyə ehtiyac yoxdur. Azərbaycanda incəsənətlə, xüsusilə kino ilə maraqlanan hər kəs onu tanıyır. Əyalətdə – Goranboy rayonunda yaşamasına baxmayaraq, beynəlxalq kino festivallarından səsi gələn rejissor Elvin Adıgözəl giley-güzarsız, şikayətlənmədən, heç kəsdən kömək gözləmədən öz işi ilə məşğul olur. Qarşısına çıxan əngəlləri bir-bir aşaraq, məhdud imkanlarla filmlərini çəkir, beynəlxalq festivallarda ölkəmizi təmsil edir. Mədəniyyət Nazirliyinin kino siyasətini dəfələrlə vəən sərt şəkildə tənqid edən, eyni zamanda kinomuzun inkişafı ilə bağlı alternativ təkliflər verən Elvin Adıgözəl şəxsi mübarizəsi və yaradıcılığı ilə, haqlı olduğunu sübut etməyi bacaran tək-tük sənət adamlarındandır.
İllərdi dostluq edirik. Hər görüşümüz, hər söhbətimiz məni gələcəklə bağlı ümidləndirir. Elvinin enerjisi, coşğusu, ümidli və inamlı arqumentləri gələcəklə, yaradıcılıqla bağlı fikirlərimə yaxşı mənada təsir edir.
Xaricdə səfərdə olduğunu, geri dönüşdə Bakıda 1-2 gün qalacağını bilirdim. Görüşməyi planlaşdırsam da, mən də Elvin kimi əyalətdə yaşayıram, bəzən Bakı səfərlərimiz üst-üstə düşmür. Bu dəfə beynəlxalq festivaldan qayıtdığı üçün, onunla görüşə daha çox can atırdım : təəssüratlar, gördükləri, tanış olduğu adamlar, müşahidələri...
...Nərimanov metrosunun yaxınlığındakı ucuzvari kafedə oturub Elvini gözləyirəm. Hərdən çantamı, çantadakı notbuku vəəşyalarımı yoxlayıram. Daimi yaşayış yerim olmadığı üçün önəmli əşyalarımı özümlə gəzdirməyə məcburam.
Budur, daha bir dərviş! Elvinin də Bakı şəhərində daimi yaşayış yeri olmadığı, dost-tanış, qohum evində qaldığına görə iki nəhəng səfər çantası ilə gəlib çıxır. O da əşyalarını, səfər çantasını özüylə gəzdirir. Elvin kimi təmizliyə, gigiyeniyaya diqqət edən adam üçün bunun nə qədər çətin olduğunu düşünürəm. Görüşüb, hal-əhval tuturuq. Səhər yeməyimiz – bulkalar, blinilər torbadan çıxır, ofisiant çayı təzələyir. Elvin kafenin stəkanlarında çay içmir, cibindən plastik stəkan çıxarıb gülə-gülə özünə çay süzür. Onu tanıdığım üçün bu hərəkətinə təəccüblənmirəm.
Söhbətimizi sual cavab janrında qurmuruq. O qədər maraqlı vəəhatəli danşır ki, ona sual verməyə ehtiyac duymuram. Arada zarafatlaşırıq, replika atıram. Öz halımıza, dərvişliyimizə gülə-gülə söhbətləşirik.
Elvin Cənubi Koreyadan, Busan Beynəlxalq Film Festivalından yenicə qayıtdığı üçün, söhbətimiz də festival, festivalda nümayiş edilən qısametrajlı filmi barədədir:
“Bu festivalda yeni qısametrajlı “Rəna xanımın film çəkilişi!” filmimlə təmsil olundum. Filmdə İlqarə Tosova, Amid Qasımov, Kamran Ağabalayev, Alisa Tareliçeva, Vüqar Arıqlar, Toğrul Musa, İntiqam Hacılı çəkilib. Quruluşçu operator isə Oktay Namazov idi. Filmi bu il, 2019-cu ildə çəkmişəm və ilk dünya primyerası Busan Beynəlxalq Film Festivalında baş tutub. Bu festivalın təşkilatçıları ilə tanışlığım olmasa da, müraciət etdim. Filmi izlədilər, bəyəndilər və qısametrajlı filmlərin əsas yarışmasına bütün xərclərim ödənilməklə dəvət olundum. Busan dünyanın, xüsusilə Asiyanın çox önəmli və böyük festivallarından biridir. Festival olduqca ciddi təşkil olunur. Qısametrajlı filimlərin yarışdığı bölmədə 10 ölkə iştirak edirdi. İran, Filippin, Tayvan, Qazağıstan, Nepal, Yaponiya, Çin və Cənubi Koreya təmsil olunurdu. Bu festivalda iki mükafat verilir: bir mükafat Asiya ölkələrinə, digər mükafat isə yerli Cənubi Koreya filmlərinə təqdim olunur. Məqsəd yerli kinonu inkişaf etdirməkdir. Uzunmetrajlı filmlərin yarışdığı bölmələrin birində Asiya ölkələri, digərində isə bütün dünya ölkələrinin təmsilçiləri yarışır. Ümumiyyətlə çox böyük və yaxşı təşkil olunmuş festivaldır. Busan şəhərinin bütün kinoteatrları festivala dəstək verir, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Bu Festivalın bir vəzifəsi də, Asiya ölkələrinin kino adamlarının dünya kinosuna inteqrasiyasını təmin etmək, Asiya filmlərini dünyaya təqdim etməkdir. Festivalda prodüsserlər, satış agentləri iştirak edir. Bu uzunmetrajlı filmləri ilə festivala qatılan rejissorlar üçün çox gözəl şansdır. Festivalda nümayiş etdirilən filmlər diqqət çəkərsə sonrakı mərhələdə kinoteatrlarda nümayişi, növbəti festivallara qatılması üçün təşkilati işlər yeni prodüsserlər tərəfindən həll edilir. Bu sahədə fəaliyyət göstərən müxtəlif adamlarla görüşdüm, tanıdığım əksər kino adamları bu festivalda iştirak edirdi.”
Elvinin festivalda iştirak edən filminin qəribə tarixçəsi var. Son uzunmetrajlı filminin tamamladıqdan sonra bir müddət Bakı ətrafında vaxt keçirməli olur və bu filmin ideyası yaranıb. Ssenarini yazıb prodüserlərə təqdim edib və kiçik bir büdcə tapılıb. Fransa-Azərbaycan ortaq istehsalı olan “Rəna xanımın film çəkilişi!”nin azərbaycanlı prodüsseri İradə Bağırzadə, fransız prodüsser Etienne de Ricaud-dur. Ona bu filmi çəkməkdə dostları böyük dəstək verib. Filmin ərsəyə gəlməsində bütün heyət məsuliyyətlə, həvəslə çalışıb. Maraqlıdır, bəs Mədəniyyət Nazirliyi ona dəstək veribmi? Cavabını dəqiq bilirəm. Təəssüf ki, nazirlik Elvinin heç bir filminə, layihəsinə dəstək verməyib.
“Dostlarımın dəstəyini heç zaman danmamışam. İndi hansısa birinin adlarını çəkmək istəmirəm, çünki təşəkkürümü filmimin titrlarında və facebookda yazmışam. Bəlkə də dostların köməyi olmasa, heç bir filmim tamamlanmazdı. Hər zaman olduğu kimi, Nazirliyin bu filmin çəkilmsində də heç bir dəstəyi, rolu yoxdur. Mən Mədəniyyət Nazirliyinin kino siyasətini tənqid etsəm də, onlarla qərəzim yoxdur. Dəfələrlə demişəm ki, Azərbaycan kinosunun dünya arenasına çıxması üçün ciddi film fondlarına ehtiyac var. Həmçinin sadəcə bir fond yaratmaqla nəticəəldə etmək olmaz. Nəticəəldə etmək üçün 2-3 ayrı-ayrı film fondu olmaldır ki, müxtəlif rejissorlar müraciət edib, bu fondlardan dəstək alıb, film çəkə bilsinlər. Bu fondlar ildə bir neçə dəfə layihə qəbulu elan etməli, qalib layihələrə pul ayrılmalıdır. Rejissorlar da ölkənin kino fondundan aldığı pulla kifayətlənmədən digər ölkələrin kino fondlarına müraciət edib, qrantlar alıb ortaq işlər görməlidirlər. Dünya kinosu uzun müddətdir ki, bu yolla inkişaf edir. Eyni zamanda bu fondlar filmin post-prodakşn mərhələsinə də dəstək verməlidir. Təəssüf ki, bizim dövlətin kino siyasəti yoxdur. Mədəniyyət Nazirliyi də kinodan başı çıxmayan, kino haqqında elementar anlayışı olmayan qurumdur. Ümumiyyətlə Mədəniyyət Nazirliyində oturan adamlar bilmirlər ki, dünya kinosuna necə çıxmaq lazımdır. Televiziyada müasir kinomuzun problemləri ilə bağlı veriliş edirlər. Qonaqlardan biri kommersiya filmlərindən birini tənqid etməyə başlayır və verilişin sonuna qədər həmin əhəmiyyətsiz filmədən danışırlar. Heç kəs demir ki, niyə bizim kino fondlarımız, kinoteatrlarımız yoxdur?
İndi də söhbət gəzir ki, “Euroimages” Azərbaycana gələcək. Bu söhbəti yayanlar kino adamlarına ümid verirlər. Çünki “Euroimages” a üzv olmaq çox vacibdir kinomuzun gələcəyi üçün. Amma nəzərə almaq lazımdır ki, hələ 3-4 il qabaq mənim “Eurimages”-in icraçı direktoru ilə xırda bir söhbətim olmuşdu və mənə bildirmişdi ki, danışıqlarda irəlləyiş Azərbaycan tərəfindən dayandırılıb. Yəni bu səbəbdən inanmıram ki, Azərbaycan “Eurmaiges” üzvü olacaq, çünki hazırda Mədəniyyət Nazirliyi Azərbaycan kinosunun inkişafında maraqlı deyil.”
Elvin deyir festivllarda, beynəlxalq tədbirlərdə özümü tək hiss edirəm. Beynəlxalq film festivallarda ölkəni təmsil etsə də, dövlət səviyyəsində onun gördüyü işlərə maraq göstərilmir. Busanda rastlaşdığı bir hadisəni xatırlayır. Filippin dövlətinin bəzi gizli işlərini tənqid və ifşa edən film çəkmiş filippinli rejissora, Filippin dövlətinin dəstək olması onu çox mütəəssir edib.
“Filippinli rejissorun narkomaniyaya qarşı gizli mübarizədən bəhs edən filmi mənə olduqca təsir etdi. Filmdə dövlətin gizli siyasətindən bəhs edilir. Fillippin dövləti narkomanların öldürülməsi ilə bağlı gizli göstəriş verir və müəyyən milliyətçi təşkilatlar bu qətllləri gerçəkləşdirir. Bir cavan adam da bu cəsədləri suya atmaqla məşğul olur. Filmdəki xarakterin yaşadıqları, düşüncələri filmdə çox maraqlı təsvir olunub. O həm gördüyü işdən peşimanlıq duyur, eyni zamanda da pula ehtiyacı var və bu işi görməlidir. Bir sözlə çox təsirli filmdir. Baxmayaraq ki, film Filippin dövlətinin gizli işlərini ifşa edir, Filippinin Kinoya Dəstək Mərkəzi Busana gəldi, filmin rejissoru və prodüsserinin şərəfinə böyük tədbir təşkil etdi, qonaqlıq verdi, onların gördüyü işi dəstəklədiklərini bəyan etdi. Film müxaliflik deyil. Film dünyaya, hadisələrə fərqli baxışdır. Bu baxımdan sənət adamlarına ölkənin sənətkarı kimi yanaşılmalı, ayrı-seçkilik ediməməlidir. Getdiyim bütün festivallarda Azərbaycanı təmsil edirəm. Dövlət bununla bağlı diqqətli olmalıdır. Çünki, məqsədim Azərbaycan kinosunu dünyada tanıtmaq, dünyada Azərbaycanı təmsil etməkdir.”
O fəaliyyəti ərzində dövlətin, səfirliklərin də dəstəyini ala bilməyib və bütün bunlar ona pis təsir edir. Ruhdan düşməsə də, dövlətin bu sahədə daha həssas olmasını gözləyir.
“Bu yaxınlarda festivalda iştirak üçün xarici ölkələrin birinə səfər etməli idim. 3-4 günlük otellə bağlı problemlərim vardı, xərcləri ödəmək imkanım yox idi. Həmin ölkədəki səfirliyimizə müraciət etdim. 2-3 gün müraciətimə cavab gəlmədi. Sonra Xarici İşlər Nazirliyinə yazdım, oradan cavab verdilər ki, biz büdcə təşkilatıyıq, səfirliyin sizə dəstək vermək imkanı yoxdur. Yenidən səfirliyə yazdım ki, köməyinizə ehtiyac yoxdur, narahat olmayın. Səfirlik mənimləəlaqə saxlayıb çox qəribə bir təklif etdi: “Əgər filan şəhərə gəlsəniz, çörək yeyərik.” Təsəvvür edirsiniz? Azərbaycanı təmsil edirəm, onlar dəstək əvəzinə, məni yeməyə dəvət edirlər. Niyə səninlə yemək yeməliyəm? Mən sənin “rumka yoldaşı”nam?
Başqa bir səfirliyimizə viza ilə bağlı müraciət etmişdim. Mənə cavab verdilər ki, “Bəy, bura sizin üçün Azərbaycan deyil ki, işinizi pulla həll edəsiniz.” Bunu deyən adam ölkəmizi xaricdə təmsil edir. Bu düşüncə ilə hansı inkişafdan danışa bilərik? Bu adamlar çox rahat və özbaşınadırlar.Normal kino sistemimiz olsaydı, biz səfirlikdən kömək gözləməli olmazdıq. Mən bu festivallarda hər zaman utanıram. Nə qədər Azərbaycan kinosunu təbliğ etsəm də, dəstək görmürəm. “Rəna xanımın film çəkilişi!” filmimiz indiyə qədər Busan Beynəlxalq Kino Festivalının əsas proqramında iştirak edən ilk Azərbaycan filmidir. Azərbaycanı bu festivalın əsas proqramında təmsil edən ilk rejissor mənəm. Amma bu heç kəsin vecinə deyil.
İndiyə qədər cəmi bir Azərbaycan filmi festivalın yarışmasından kənar olaraq 2008-ci ildə Azərbaycan filmi Busanda nümayiş etdirilib.
Milli təəssübkeşliyimizin olmaması məni narahat edir. Mədəniyyət Nazirliyinin işində problem ola bilər, bu problemləri həll etmək üçün dövlətin siyasəti düzgün olmaya da bilər. Bəs bizim içimizdə niyə milli təəssübkeşliyi olan insanlar olmamalıdır?
Busanda iranlı rejissor Mahmalbaf jüri idi. Bildiyiniz kimi, o İranda yaşamır və onun İrana getməyinə qadağa var. Buna baxmayaraq iranlı kino adamları bütün tədbirlərdə onun ətrafında idi, Mahmalbafı ata kimi qəbul edir, onunla fəxr edirdilər. Bütün tədbirlərdə də birlikdə idilər.
Bizim kino adamlarını bunu bacarmırlar. 2014-cü ildə iştirak etdiyim festivalların birində bizim yaşlı rejissorlardan 1-2 nəfər iştirak edirdi. Bir-birimizi tanısaq da, onlar məndən uzaq qaçmağa çalışırdılar. Çünki mən Mədəniyyət Nazirliyinin kino siyasətini tənqid edirəm. Qorxduqları, çəkindikləri üçün məndən kənar qaçan adamlar var. Bu cür qorxaq kino adamlarında şəxsiyyət problemi var. Şəxsiyyət problemi olan insan böyük işlər görə bilməz.”
Elvinin ciddi planları, layihələri var. İllərdir müstəqil kinonun inkişafı, Azərbaycan kinosunun dünyaya çıxması üçün çalışır. Kino adamları çəkinsə də, açıq etiraf edə bilməsə də onunla razılaşır, hesablaşır. Amma onun da problemləri, qayğıları var.
“Hazırda Goranboyda yaşayıram. Əvvəllər Bakıda yaşasam da, indi buna imkanım yoxdur. Rayonda yaşamaq məcburiyyətindəyəm, çünki Bakıda işim, evim yoxdur. Kirayədə yaşamağa maddi imkanım yoxdur. Bu xərclərin öhdəsindən gəlməyim mümkün deyil. Amma mən yoluma davam edirəm. Bu festival da varlığımı təsdiq etmək üçün vasitələrdən biridir. Bəli mən varam, bu işlə məşğul oluram və ruhdan düşmürəm. Bəzən başqa layihələrdən qazandığım kiçik məbləği də kinoya xərcləyirəm. Hal-hazırda çox cüzi qonararla gülməli görünə bilən bir işdə çalışıram: İnternet oyun hazırlayan dostuma tövsiyə verirəm. Buna da yenicə başlamışam. Məqsədim, kino uğrunda mübarizədir. Mən bilirəm ki, gec də olsa filmlərim mənə pul qazandıracaq.”
Paylaş:
Müəllif : Yazar
Tarix:18-10-2019, 15:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-10-2019, 15:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22