“Satqından, manyakdan, pedofildən...” – Murad Arifdən sərt cavab
"Popumuz var" layihəsinin rəhbəri Murad Arif verilişini tənqid edənlərlə bağlı fikir bildirib.
Aparıcı verilişinin qayəsinin “sağa-sola” sürükləndiyini deyib və bunu edənlərə sərt cavab verib:
1. Mən qonağımla yarışmıram ki, kimsə məni yesin ya da susdursun. Qonaq öz mövqeyini bildirmək üçün maşına oturur. Hökmən arada öz fikrimi demək məcburiyyətində deyiləm! Bunu etmişəmsə, səhv etmişəm! Qonağıma "filankəs yaxşı oğlandır, onun haqda səhv fikirdəsən!" deyə bilmərəm.
2. Hər kəsdən müsahibə götürmək olar. Satqından da, manyakdan da, pedofildən də, canidən də. Jurnalistika danışdırır. Formata uyğun hər kəs, danışdırılacaq.
3. Heç bir repçi ilə (eləcə də müğənni, qurum, insan ilə) gərginlik yaşamıram ki, qonağın əli ilə “söz soxam”... Mən sadəcə danışmaq üçün komfortlu ortam yaratmalıyam. Öz konfliktlərim olubsa da, efirimə gətirməmişəm. Haşa!
4. Bəzən, məni etirazçı, aşırı dərəcədə azad fikirli görməyiniz bəlkə də doğru təsbit deyil. Hər problem, hər məsələ haqda mənim də qəti fikrim olmur bəzən. Ona görə də, anlamadığım mövzu və durumlar barədə, səhv qərarımın təbliğatçısı olmaqdan çəkinənəm.
5. Əsas mövzumuz cəmiyyət, adamlar, ənənələr və mental davranışlar sistemidir... Diqqətli olsaydınız, mən verilişdəki söhbətlərdə daha çox özümüzü dəyişmək, düzəltmək, daha zəhmətkeş, daha məsuliyyətli və daha bilgili olmağa çağırıram. Verilişin qayəsini, kursunu "sağa-sola" sürükləməyin.
6. Bu verilişi Ceyms Kordenin "Carpool Karaoke"nə bənzədən adamlar mənə çatmır. Sən necə ulduzla mahnı oxumağı, ictimai xadimlərlərdən müsahibə almaqla müqayisə edə bilərsən? Nolsun ki, hər ikisi maşındadır. Sabah biri maşında porno çəksə, deyəcəksiniz ki, filankəs də "Popumuz var" eləyir?
7. Heç bir müsahibə üçün peşman deyiləm. Xüsusən də, hip-hop dünyasının adamları, işıqlı beyni olan dəyərli repçilərlə olan buraxılışları çox sevdim. Xoşbəxtəm ki, bizim Top10 sayəsində yeni, maraqlı, isdedadlı adamları kəşf etdiniz. Ən superi bu idi...
8. Bu ay daha 2 yeni buraxılış çəkəcəm və bu illik son. Olsa, bir də 2020-də olacaq... Birincisi, Konfliktlər, neqativ, yalnış anlaşılmalar, sifarişli xəbərlər, eybəcər başlıqlar və önyarğılardan yorulmuşam.. İkincisi isə çox böyük, “The Voice” layihəsinə cəlb olundum. “Zanyat”!
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-10-2019, 14:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-10-2019, 14:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07