“Başınıza çıxaran da siz, söyən də siz...” – Yeni Xalq artistlərinə daha bir etiraz
Estrada müğənniləri Röya, Tünzalə, Miri Yusifin Xalq artisti fəxri ad alması sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi deyir onlar hələ bu dərəcədə yüksək fəxri ada layiq bir iş görməyiblər, kimisi isə əksini düşünür.
regionxeberlericom.az BakuPost-a istinadən xəbər verir ki, Əməkdar artist, tanınmış xanəndə Nuriyyə Hüseynova bu müzakirələrə münasibət bildirib: “Bir neçə gündür, ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə üç nəfər sənətçimizə Xalq artisti fəxri adı verilib. Hər birini təbrik edirəm. Üç gündür, sosial şəbəkələrdə bir çox xoş olmayan ifadələrlə rastlaşıram. Mənim əziz xalqım, bilirsiniz ki, mən nə qədər vətənimə, elimə, millətimə və dəyərlərimizə bağlı bir insanam. Dedi-qodu, kiminsə haqqına girmək mənə görə deyil. Başımı aşağı salıb, öz işlərimlə məşğulam. Halal əməyi ilə gücü çatacaq qədər mədəniyyətimizin keşiyində dayanıb, ona xidmət edirəm. Heç kim inciməsin mən reallığı deyəcəm. Heç kimdə günah axtarmayın. Milli musiqiyə xidmət edən müğənnilərimiz, sizlərin xeyir işlərinizdə, 7-8 saat canlı ifaya görə bir az artıq pul istəyəndə deyirsiniz ki, çoxdur, endirim edin. Endirim etməyəndə də “sağ olun lazım deyilsiniz” deyirsiniz. Sual verirəm: ay mənim dəyərli millətim, 10 min manatdan yuxarı, fonoqram ifaya, özü də yarım saata gözünüzü qırpmadan estrada müğənnilərinə xərcləyən, məcilislərinizin başında oturan, şəkil çəkdirib paylaşım etmək üçün növbəyə dayanan da sizlərsiniz. İndi niyə təhqir edirsiniz? Bu çox pis haldır. Ya layiq olanın qiymətini bilib, layiq olduğu yerlərə qaldırın, ya da layiq olmayanı göylərdə ulduza çevirməyin. Kimsəni müzakirə edib, artıq-əskik, təhqiramiz sözlər yazmayın. Günahı özünüzdə axtarın”.
Qeyd edək ki, Nadir Qafarzadə də İnstagram hesabından bu vəziyyətə etiraz etmiş, lakin bir neçə saniyə sonra paylaşımını silmişdi.
Xatırladaq ki, bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə əməkdar artistlər Tüzalə Ağayeva, Röya, Miri Yusif Xalq artisti fəxri adına layiq görülüblər.
Paylaş:
Müəllif : Yazar
Tarix:23-10-2019, 12:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:23-10-2019, 12:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07