"Bu ölkənin kanalizasiya təmizləyəni də..." - Vasifdən maraqlı açıqlama
"Mənim əziz xalqım, gözəl, dəyərli millətim, sizə canımız qurban bizim. Bizi biz eləyən siz olmusunuz. Burada bunu ona görə deməyəcəm ki, kiminsə xoşuna gəlim".
Bunu əməkdar artist Vasif Məhərrəmli "Şən bazar" verilişində qalmaqala səbəb olan son çıxışı ilə bağlı danışarkən deyib.
Sənətçi "Ay Zaur" verilişində işlətdiyi ifadələrin təhrif olunduğundan gileylənib:
"Məni narahat edən bir neçə məqamlar var. İnsanlarda son 5-10 ildə o qədər tələskənlik, aqressvilik var ki... Başa düşürəm, hamının problemləri var. Amma bir şeyə rəy yazanda çox rica edirəm, axıra qədər qulaq asın. Bu ölkənin çilingəri də, qaynaqçısı da, neftçisi də, kanalizasiya təmizləyəni də, küçə süpürəni də, fəhləsi də mənim başımın tacıdır. Mən bu sözləri deməkdə ona istinad eləməmişəm ki, kimisə aşağılayım. Bir də sözümün ağasıyam, bir də qulaq asın o videoya. Mən deyirəm ki, insan təmiz olmalıdır. Tutduğu mövqedən, vəzifədən, kimliyindən asılı olmayaraq. Mən çox uzağa getməyim, öz sahəmizdən danışım. Azdırmı bizim sahəmizdə natəmiz insanlar?! Yanında otura bilmirsən.
Sizdən artıq dərəcədə xahiş edirəm, başınıza dönüm, qurban olum diqqətlə izləyin. Bizi də rəzil edirsiniz. Vallah insan həyatından küsür. Mənim də qoca anam var, mənə görə narahat olur. Biz də bir ananın övladıyıq, biz də bir kişinin oğluyuq. Böyük qardaşlarım var mənim, bacılarım var özümdən böyük. Onlar hamısı mənə görə narahatlıq keçirirlər. Və mən klavyatura arxasında oturan bəzi qəhrəmanlara üzümü tutub deyirəm ki, məni tapmaq çox asan məsələdir. Bu respublikada Vasif Məhərrəmlini tapmaq iki vur ikidir".
Müğənninin son ifadələri zamanı qəhərlənməsi aparıcı Zümrüd Bədəlovanın da diqqətindən qaçmayıb.
Qeyd edək ki, Vasif Məhərrəmlinin "Ay Zaur" proqramında qonaq olarkən işlətdiyi "Saç əkimi məndə də olub, heç də peşiman deyiləm. Elə bir insan yoxdur ki, saçları tökülsün və kompleks keçirməsin. Bu səhnə gözəllik, yaraşıq, qamət tələb edir. Çirkin insan yoxdur, gərək özünə baxasan. Belə bir deyim var: "Kişidən mazut iyi gələr". Bununla razılaşmıram. Kişidən niyə mazut iyi gəlməlidir? Dünyanın ən bahalı ətirlərindən istifadə edirəm. Mazut iyi gələnin yanında da oturmaram" ifadələri sosial şəbəkələrdə böyük narazılığa səbəb olub. /milli.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:28-10-2019, 18:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:28-10-2019, 18:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07