reklam
Regionxeberlericom.az » Mədəniyyət » Elçin Əlibəyli Faiq Ağayevə üz tutdu

reklam

Elçin Əlibəyli Faiq Ağayevə üz tutdu


Son vaxtlar qalmaqallarla gündəmə gələn teleaparıcı Elçin Əlibəyli ona dəstək olanlara təşəkkür edib.
Aparıcı sosial şəbəkədə Xalq artisti Faiq Ağayevi işarələyərək ona üz tutub və xüsusi təşəkkür edib:

“Son günlər baş verənlərlə bağlı bir çox dəyərli ziyalılar, peşə dostlarım mənə açıq dəstək oldular. Status yazanlar, inboksuma məktub yollayanlar və yorumlarda müdafiə edən hər kəsin qarşısında baş əyib təşəkkür edirəm! Əks fikirdə olanlara da təşəkkür, fikrinizə hörmətlə yanaşıram! Xüsusi təşəkkür böyük sənətkar Faiq Ağayevə düşür! Efirdə dünən haqqımda söylədikləri mənə ilham verdi!”

Qeyd edək ki, Elçin Əlibəylinin həyat yoldaşı tərəfindən döyüldüyü iddia edilirdi. İddiaya görə E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.V. tərəfindən xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. Xəsarət alan E.Əlibəyli Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 


Paylaş:


Müəllif : Tarix:
21-11-2019, 11:31
Sikayət   


loading...
Загрузка...