Baş katib meyxana sənətini də “çökdürdü” – Onların dilini bağlayan nə oldu?
Bildiyimiz kimi, bu günlərdə əsas gündəm futbol üzrə milli komandamızın 1 xalla qrupda qalmasıdır. Cana-boğaza yığılan azarkeşlər AFFA-nın baş katibi Elxan Məmmədovun istefaya getməsini tələb edirlər. E.Məmmədovla yanaşı, millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin də göndərilməsi gündəm mövzusudur.
Futbolsevərlər bununla bağlı sosial şəbəkələrdə “haştaq” da yaradaraq çoxlu paylaşımlar edirlər. Mövzu ilə bağlı müxtəlif sahələrdə çalışan insanlar fikir bildirirlər.
Meyxanaçılarımızın da məsələyə fikir bildirməsini istədik. Onların mövzuya meyxana deyərək cavab verməsinin daha maraqlı olacağını düşündük. Lakin bu istək baş tutmadı. Meyxanaçılarımızın hərəsi bir bəhanə gətirərək, mövzudan yayındılar.
Öncə, Samirə Yusifqızı ilə əlaqə saxladıq. Xanım meyxanaçı Elxan Məmmədovun adı çəkilincə, verdiyimiz sualdan yayındı: “Mənim nəyimə lazımdır caamatın kişisinə sataşım? Niyə sataşım? Yox, mənim nə işim var caamatın kişisi ilə? Salondayam. Bu barədə meyxana deyə bilmərəm”.
Növbəti respondetimiz Vüqar Əbdülov da Elxan Məmmədovun adını eşidən kimi bəhanələr gətirdi:
“Mən o “nastrenya”da deyiləm. Yoxe, yox, qafiyə mənlik deyil. Mən indi başqa yerdəyəm. Məsələ Elxanlıq deyil, futbolumuzun bazası yoxdur e. Mən indi bunu meyxana ilə deyə bilmərəm. Biz futbol ölkəsi deyilik. Bizim futbol Avropa və dünya futbolundan çox zəifdir. Yaxşı ki, “Qarabağ” var, bir balaca üzümüzü ağ edir”.
Meyxanaçı İntiqam Rüstəmovla da əlaqə saxladıq. O da futbolumuzdakı problemlərdən danışdı. Uşaq futboluna diqqət ayrılmasının tərəfdarı olduğunu dedi. Lakin futbolumuzun bugünkü durumu, istefa məsələsi ilə bağlı bir-iki bənd meyxana deməyə gələndə bu müsahibimiz də boyun qaçırdı. O əvvəlcə hazırlaşmaq üçün yarım saat vatx istədi. Sonra isə zənglərimizə cavab vermədi.
Bəs görəsən, meyxanaçıların bədahətən şeir deyə bilməməsi nə dərəcədə uyğundur? Çünki hətta bu barədə çətinlik çəkdiklərini görüb onlara qafiyə də verdik. Lakin yenə də fayda vermədi. Bununla bağlı olaraq, tanınmış bədihə (meyxana) ustadı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinin sədri Namiq Mənanın fikirlərini öyrəndik. O, məsələyə münasibət bildirərək söylədi ki, bədihə ustaları verilən qafiyəyə anında söz deyə bilmirsə, o artıq meyxanadan uzaqlaşır:
“Bədihə janrı 4-cü əsrdə yaranıb. Daha sonra şeirlərşib. Təbii ki, söhbət bədihədən gedirsə, bədahətən deyilməldir. O yazılırsa, redaktə edilirsə, artıq şeirdir. Yəni, biz söylədiyimiz şeirlər bədahətən olmalıdır. Biri var, şair şeiri yazır, biri də var, bədahətən deyir. Biz də şairik, sadəcə olaraq, bədihəçi şairlərik. Bədihə ilk yaranış tarixindən belədir ki, mövzu verilməlidir, bədihəçi də potensialını ortaya qoyub, bədahətən ona uyğun şeir söyləməlidir. Bu da onun intelektual səviyyəsindən irəli gəlir ki, nə qədər söz ehtiyyatı var. Yox, əvvəlcədən yazılıbsa, ya fanaqramla deyilirsə, artıq bu yazılı şeirdir, mahnıdır.
Ola bilər ki, olduqları şəarit elə imiş ki, onlara imkan yox imiş. Mənim özüm də hazırda tədbirdəyəm, asta səslə danışmağımdan yəqin ki, hiss edirsiniz. Mən inanmıram ki, onlar bu qafiyəni bədahətən deyə bilməsinlər. Çətin qafiyə deyil. Amma efir məkanlarına çıxanda aparıcılar da çalışmalıdır ki, qafiyə versin. Bədihəçilər də ani anda düşünərək qafiyəyə uyğun söz desin. Bəzən deyirlər ki, düşünmədən desinlər, amma mən bununla razı deyiləm. Bu düşünərək deyilməlidir. Çünki get-gedə çox musiqiləşir, mahiyyətini itirir. Son zamanlar fikir verirəm ki, musiqi də əlavə edirlər. Bu sənət söz üzərində qurulub, sənin söz ehtiyyatın, bazan olmalıdır ki, deyə biləsən”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-11-2019, 14:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-11-2019, 14:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09