“Bu, sənətçiyə həm mənəvi, həm də maddi zərər vura bilər”
Ötən gecə sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında Xalq artisti Niyaməddin Musayevin ölüm xəbəri yayılıb. Lakin sonradan digər məşhurlar kimi xalq artistinin də ölüm xəbəri yalan çıxıb və müğənni xəbərdən çox böyük stress keçirdiyini dilə gətirib, məlumatı yayanları əxlaqsız, mənəviyyatsız adlandırıb.
Xatırladaq ki, bundan əvvəl də sosial şəbəkə və bəzi mətbuat orqanlarında bir sıra məşhur və tanınmışlar hətta bir neçə dəfə “öldürülüb-dirildilib”. Bir neçə ay bundan əvvəl isə yenə də facebookda xalq artisti, cazmen Cavan Zeynallının ölüm xəbəri yayılmışdı.
Xalq artisti, xanəndə Könül Xasıyeva da vaxtaşırı mətbuat tərəfindən “öldürülüb-dirildilir”. Habelə mətbuat və sosial şəbəkələr Xalq artisti Arif Quliyevi bu günə qədər 5 dəfə “öldürüb-dirildib”. Sənətçi artıq bu cür xəbərlərə gülümsəməklə reaksiya verir.
Xalq artisti, tanınmış teleaparıcı Murad Dadaşovun da sosial şəbəkələrdə ölüm xəbəri yayılıb. Tanınmış müğənni, əməkdar artist Baloğlan Əşrəfov da bir dəfə “öldürülüb-dirilib”. Xəbər saytlarından biri onun ölüm xəbərini yaysa da, üstündən bir az keçmiş məlumatı təkzib etmişdi. Eləcə də Xalq artisti Naibə Allahverdiyevanın 2017-ci ilin mart ayında saytların birində dünyasını dəyişdiyi xəbəri yayılmışdı.
Maraqlıdır, bəs sosial şəbəkələrdə və yaxud mətbuat orqanlarında kiminsə yalan ölüm xəbərini yaymaq məsuliyyət yaradırmı?
Mövzu ilə bağlı hüquqşünas Fərhad Mehdiyev “Yeni Müsavat”a danışdı: “İnsanı əsassız yerə narahat edəcək hər hansı müdaxilə şəxsi həyata müdaxilə sayılır. Təsəvvür edin ki, həyatda olduğunuz halda haradasa oxuyursunuz ki, sizi ”öldürüblər". Bu insanı əlbəttə ki, narahat edər və narahatlıq yaratdığı üçün birbaşa qanunsuzluq hesab olunur, mülki hüquq pozuntusu kimi nəzərə alınır. Doğrudur, bu cür məsələ insana maddi zərər vurmasa da, mənəvi zərər vurur. Barəsində belə xəbər yayılan şəxs həmin xəbəri xüsusi ilə ortaya çıxaran insanları məhkəməyə verib, onlardan kompensasiya tələb edə bilər.
Bəlkə də düşünənlər olacaq ki, bu addım o qədər də effektli deyil. Məsələn, əksəriyyət düşünür ki, Niyaməddin Musayev bu işin dalınca düşən deyil. Çünki məsələ ilə bağlı iş proseduranda çətinliklər var. Məsələn, sosial şəbəkədə bir çox insanlar var ki, təhqirə məruz qalır, amma işin dalınca getmir. Niyə? Çünki məsələn, təhqir edən şəxs rayon qeydiyyatındadırsa, iddia qaldıran şəxs həmin rayona gedib məhkəməyə müraciət etməlidir. Təhqirə məruz qalan şəxs də düşünür ki, həmin rayona gedib, məhkəməyə müraciət etməsinə dəyməz. Yəni məsələnin hüquqi tərəfinin həyata keçirilməsində, proseduranda müəyyən çətinliklər var. Amma bir daha qeyd edirəm ki, sosial şəbəkədə təhqirə, barəsində müxtəlif xəbərlərin yayılmasına məruz qalan şəxslərin məhkəmədə iddia qaldırmaq hüququ var.
Bir məsələni də qeyd edim ki, ictimai şəxslərin şəxsi həyatı cəmiyyətə bir qədər daha açıq olur. Bu, xüsusilə şou-biznes nümayəndələrinə aiddir. Ola bilər ki, onlar məhkəməyə müraciət etsin, amma iddiaları qəbul edilməsin. Məsələn, müğənni əgər plyaj paltarında şəklini çəkib, sosial şəbəkədə paylaşırsa və bunu digərləri yayırsa, müğənni həmin şəxslərə qarşı heç bir iddia qaldıra bilməz, çünki zatən özü ictimailəşdirib. Beləliklə, məşhurlar ictimai fiqur sayıldıqlarına görə onların şəxsi həyatına müdaxilə etmək olur. Amma bu, adi şəxslərə aid deyil".
Hüquqşünasın sözlərinə görə, bəzən də şou-biznes nümayəndələrinin özləri onların haqqında danışılmasını, yazılmasını, beləliklə, gündəmdə qalmasını istəyirlər: “Hətta bundan pul da qazanırlar. Amma barəsində ölüm xəbərinin yayılmasına etiraz edərək, məhkəməyə müraciət edə bilər. Çünki şəxsin ”öldürülməsi" adi bir dedi-qodu deyil. Bu, insana həm mənəvi, həm də maddi zərər vura bilər. Məsələn, müğənni Niyaməddin Musayev toya və yaxud tədbirə dəvət edilibsə, barəsində xəbər çıxıbsa ki, “ölüb”, bu zaman öz fanatlarını və toy mərasimini itirə bilər. Ola bilsin ki, bu xəbərdən sonra kimsə onu toya dəvət etməkdən çəkinsin və sairə. Yəni bu cür xəbərlər sənətçiyə ciddi ziyan vura bilər".
Media eksperti Zeynal Məmmədli isə məşhurların “ölüm” xəbərini yayan media orqanlarından söz açdı: “Əgər bu cür məlumatı yayan maqazin mediasıdırsa, əyləncə, ovqat yaradan sahə olduğundan bu məsuliyyət doğurmur. Amma özlərini sırf ciddi media orqanının jurnalistləri kimi qələmə verənlər cəzalandırıla bilər. Bu məqamda bir sual ortaya çıxır - sərbəst bazar varmı və bu sərbəst bazar yalana görə media qurumunu cəzalandırırmı? Məsələn, media qurumu yalan xəbər verəndə oxucularının xeyli hissəsini itirir. Bizdə sərbəst bazarın adı var, amma özü yoxdur. Doğrudur, filankəsin ”ölməsi" xəbərinin özü də bir reklamdır. Məsələn, həmin adama qarşı bir anda diqqət yaranır və onu yenidən gündəmə qaytarır. Amma peşəkar jurnalist gözü ilə baxdıqda, bu yolverilməzdir və həmin media qurumu cəzalandırılmalıdır. Hər bir media qurumu özü üçün media normaları yaratmalıdır. Ona görə yaratmır ki, reklam bazarı onu cəzalandırmır. Əgər cəzalandırsa, hər şey öz qaydasına düşəcək".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2019, 09:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-12-2019, 09:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24