reklam
Regionxeberlericom.az » Mədəniyyət » Kərimdən qalmaqallı açıqlama: “Arvaddan qorxuram”

reklam

Kərimdən qalmaqallı açıqlama: “Arvaddan qorxuram”


ARB TV-də yayımlanan “Ona qalsa” səhər şousunun qonağı olan müğənni Kərim Abbasov canlı yayımda dilə gətirdiyi fikirləri ilə gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, proqramın aparıcısı, şairə Nazilə Səfərlinin Kərimə “Səni gecə yığıncaqlarında qızların arasında görürəm. Niyə o görüntüləri paylaşmırsan?” sualına Abbasovun reaksiyası gözlənilməz olub. “Nə bilim... Arvaddan qorxuram, ona görə. Axşam evdə qırğın olacaq” - deyərək, fikirlərini belə davam etdirib:
“Özü də bizim evdə Renkaya qarşı qısqanclıq lap çoxdur. Niyə görə? Çünki axırıncı klipimiz Renka ilə oldu. Klip sosial şəbəkələrdə partlayışa səbəb oldu. Çox danışdılar ki, Kərimlə Renkanın arasında nəsə var.
Yoldaşımın da xətrinə dəydi ki, sizi niyə bir yerə calayırlar? Deyirəm, dostumdur... Klip zamanı evdəkinə zəng edirəm. Şokda kimi danışır. 3-cü xətdə də qaynım var idi. Deyir ki, kef elə, kişisən sən. Yoldaşım da deyir ki, nə kef etsin, onun ayağının altına qaz verirsən.
O vaxt qanımızın arasına qaynım girdi. Bu gün kim girəcək, bilmirəm”.
Qeyd edək ki, müğənni K.Abbasov prodüser Təranə Səmədova ilə boşandıqdan sonra ikinci dəfə Təranə adlı xanımla ailə qurub. Onun bu evliliyindən Yusif adlı oğlan övladı var.



Paylaş:


Müəllif : Tarix:
28-01-2020, 13:10
Sikayət   


loading...
Загрузка...