Kimi istəyirlər, yamsılayırlar, harada istəyirlər çəkirlər - ŞEYX ƏBDÜLDƏN ETİRAZ
İllər öncə Braziliya, Meksika serialları az qala həyatımızın bir hissəsinə çevrilmişdi. İndi isə bu yeri Türkiyə film və serialları tutur.
Deyərdik ki, Türkiyə serialları Azərbaycan tamaşaçısını yerli televiziya kanallarından ayrı salıb. Hətta vəziyyət o yerə gəlib ki, Yutubda yerləşdirilən Türkiyə seriallarının şərh bölməsində azərbaycanlı izləyicilərin yazdığı şərhlər Türkiyə türklərinin öz rəylərindən çox bəyənmə qazanır.
Onlar da“sizin öz serialınız yoxdurmu?” sualını verir. Türkiyənin film və serial sektorunda nə qədər öndə olduğu məlumdur.
Bəs, Azəbaycan bu sahədə niyə irəli gedə bilmir? Gəncləri kinoteatrda türk filminə,Yutubda Türkiyə serialına baxdığına görə qınamalıyıqmı?
Mövzu ilə bağlı Modern.az-a danışan Xalq artisti, rejissor Şeyx Əbdül Mahmudbəyov Azərbaycanda bu sahənin yerində addımlamasının səbəblərini belə izah edir:
“Vaxtılə türk qardaşlarımız gecə-gündüz Avropanı, Amerikanı izləyib, onlardan öyrənib, öz seriallarını yaratdılar. Bu seriallar okeanın o üzündən gəlib. Sadəcə onlar buna çoxlu vaxt və normal maya sərf etdilər. Əsərin yaxşı, ya pis olması onun müəllifindən asılıdır. Gərək əsərin müəllifi olsun. Bizim son “Qış nağılı” filmimizi çəkən rejissorlar peşəkar idilər. Orada çəkilən gülməli aktyorlarımız var idi ki, həmişə bayağı hərəkətlərinə görə tənqid edirdik. O, aktyorların 80 faizi həmin filmdə çəkilib. Amma rejissor o aktyorların əlini-ayağını elə yığışdırıb, onların istedadından filmin xarakterinə, xeyirinə elə istifadə edib ki, baxanda deyirsən ki, bu uşaqlar gül kimi aktyor imişlər ki...
Kino sənəti, sözsüz ki, çox populist, gündəmdə olan sahədir. Gündəmdə olmaq, tanınmaq üçün “mənim pulum var, kinoya çəkiləcəm” deməklə deyil. Mən 76 yaşlı Şeyx Əbdül Mahmudbəyov olaraq deyirəm ki, qardaşlar, mən həmişə kosmonavt olmaq istəmişəm. Mənim istəməyimlə deyil axı. İndi filmlər yağışdan sonra çıxan göbələk kimidirlər. Özü də elə təmtəraqlı adlar qoyurlar ki, adam baxır, əti tökülür. Özü də bu qədər eybəcər, yekəqarın, ekrana yaraşmayan adamları, mənasız-mahiyyətsiz sözləri haradan tapırlar?!
İndi kimi istəyirlər, yamsılayırlar, harada istəyirlər çəkirlər. Mən günümün 10-12 saatını qiraətlə keçirirəm. Fikirləşirəm ki, insan bu qədər axmaq sözü necə tapa bilər. Biri özünü Hacıbabaya, biri Səyavuşa, biri Nəsibəyə oxşadır. Dəfələrlə demişəm, belə şeylərə nəzarət olunmalıdır. Özəl şirkət olanda nə olar ki?!Axı söhbət Azərbaycan xalqının əxlaqından, mənəviyyatından, balalarımızın gələcəyindən, təlim-tərbiyəsindən gedir. Kino çəkmək dövlət idarə etməkdən də, kosmosa uçmaqdan da çətindir. Çünki bu xalqın min illərlə formalaşan sözünə, əxlaqına, milli-mənəvi dəyərlərinə xidmət edirsən. Sən tarix yazırsan, bu kino min illər sonra da qalır. Hansı tarixi qoyursan gələcək nəsillər üçün?! Belə xalq, belə obraz, belə danışıq var?! Niyə bunları deyən, danışan yoxdur?!”
Xalq artisti tamaşaçının xarici film və seriallara baxmaqda təqsirkar olmadığını deyir:
“Bu gün tamaşaçı acdır, yaxşı əsər axtarışındadır. Azərbaycan xalqı həmişə böyük mədəniyyətlərin içində olub. Böyük Azərbaycan xalqının teatr, kino mədəniyyəti olub. Teatra getmək üçün xanımlar bir ay əvvəldən özünə paltar, bəylər kostyum sifariş verərdilər. Əvvəl Azərbaycan elə Bakıdan ibarət idi?! Hanı Azərbaycanın rayonlarının kinoteatrları ?! Yoxdur axı. Camaat normal tamaşaya, kinoya baxmaq istəyir. Neyləsin?! Yeganə olan şey televiziyadır”.
O, ölkədə aparılan islahatların mədəniyyət sahəsinə də şamil olunmasını istəyir:
“Prezidentin apardığı islahatlar ürəyimdən tikan çıxarır. Arzusunda olduğum şeyləri prezident sahmana salıb, düzəldir. Ümumiyyətlə, televiziyalara kino çəkmək də qadağan olunsun. 76 ilimin 60 ilini kinomuza, mədəniyyətimizə xidmət etmişəm. Ərklə prezidentimə, Mehriban xanıma müraciət edirəm. İslahat mədəniyyət, mənəviyyat sahəsində də getməlidir. Bütün bu fəxri adlar da ləğv olunmalıdır. Ələsgər Ələkbərov, Ceyhun, Səməndər boyda adamların fəxri adı yox idi. 75 yaşımda Xalq artisti adı almışam. Çoxları bunun gec olduğunu dedi. Mən isə deyirəm ki, gec deyil, 60 yaşdan tez heç kimə Xalq artisti adı vermək olmaz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-02-2020, 15:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-02-2020, 15:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:40
Şəhid anasının gözünün yaşına məhəl qoymayan icra başçısı, rayonun digər ərazilərində "Bazar açıb" - VİDEO
Bu gün, 12:38
“Bilsəydim ki, bu ölkədə yekun qərarı Ali Məhkəmə deyil, Əmlak Komitəsi verir, məhkəməyə üz tutmazdım” – ŞOK MÜRACİƏT
27-12-2024, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
27-12-2024, 09:39